ManşetÖlkə içi

“Ermənilər ya Qarabağdan gedəcəklər, ya da manatla alış-veriş etməli olacaqlar”

“Laçın və Zabux Qarabağın göbək bağıdır. Əgərhəmin bağ kəsilsə, ermənilərin Qarabağı kütləvi şəkildə köçü başlayacaq”. JAMAZ.İNFO xəbər verir ki, bunu erməni siyasətçi Vahe Qasparyan deyib.

Onun sözlərinə görə, Laçının Azərbaycana qaytarılmasından sonra Qqarabağın enerji təhcizatı dayanacaq. “Bizə artıq Xankəndinin özündən xəbərdarlıq edirlər ki, Laçın məsələsindən sonra ermənilər Qarabağı tərk etməli olacaqlar”.

Digər erməni siyasətçi Qaregin Çuqasyan isə deyir ki, Laçın strateji əhəmiyyət daşıyır. “Biz onların danışdıqları yeni yolu başa düşdük. Amma bu gün Ermənistan və Qarabağı birləşdirən infrastrukturlardan danışmırlar. Yeni yoldan qaz necə veriləcək? Bu o deməkdir ki, Qarabağdakı ermənilər manatla alış-veriş etməli olacaq”.

Ççuqasyan qeyd edib ki, ermənilər ya Qarabağdan gedəcəklər, ya da Azərbaycan vətəndaşlığını qəbul edəcəklər.

Qarabağdakı separatçıların nümayəndəsi, özünü “ombudsman” elan etmiş Qeqam Stepanyan isə bildirib ki, Zabuxda yaşayan ermənilər Böyük və Kiçik Qaladərəsi kəndlərinə köçürüləcək. “Lakin Laçın şəhərində yaşayan ermənilər isə Ermənistana köçürüləcək və orada mənzillə təmin olunacaqlar”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button