ManşetSiyasət

Ermənilərdən ağ yalan: “Qarabağda hazırda 120 min erməni yaşayır”

Ötən gün dövlət başçısı İlham Əliyev mətbuata verdiyi müsahibəsində Qarabağda yaşayan ermənilərin sayı ilə bağlı konkret rəqəm səsləndirib. JAMAZ.İNFO xəbər verir ki, ölkə rəhbəri bu rəqəmin əllərindəki texniki imkanlar və digər mənbələr hesabına müəyyən etdiyini vurğulayıb.

Belə ki, həmin araşdırmalara və məlumatlara görə, hazırda Qarabağda 25 min erməninin yaşadığını bildirib.

Qeyd edək ki, ermənilər yalan danışmaq üzrə Ginnesin Rekordlar Kitabına düşəcək qədər “istedad” malik xalqdır. Özlərinə yalandan bir tarix uydurub, onunla yaşayan, hər sahədə saxtakarlıq edən, hətta xristianlığı İsa Peyğəmbərdən (ə) öncə qəbul etdiklərini deyən ermənilər Qarabağda yaşayanlarla bağlı da eyni məntiqlə çıxış ediblər.

JAMAZ.İNFO xəbər verir ki, özünü “Qarabağın əmək və sosial məsələlər naziri” kimi təqdim edən Mane Tandilyan Prezident İlham Əliyevin səsləndirdiyi “Qarabağda 25 min erməni yaşayır” açıqlamasına böyük bir yalanla cavab verib. O deyib ki, hazırda Qarabağda 120 min erməni “yaşayır”. Oonun sözlərinə görə, müharibədən sonra Qarabağa hətta 70 yeni ailə də “gəlibmiş”.

Maraqlı məqam odur ki, özünü “Qarabağın rəhbəri” kimi təqdim edən separatçıların rəhbəri Arayik Harutyunyan hələ bir müddət əvvəl Xankəndidə keçirilən mitinqdə etiraf etmişdi ki, hazırda rus sülhməramlılarının nəzarəti altında olan ərazilərdə cəmi 30 minə yaxın erməni yaşayır.

Bundan başqa, rus sülhməramlılarının yaydıqları son məlumatda müharibədən sonra Qarabağa cəmi 52 min erməninin döndüyünü bildiriblər.

İndi Tandilyan 120 min ermənini haradan çıxarıb, məlum deyil. Görünür, bunlar hər məsələdə saxtakar olduqları kimi, adam sayı məsələsində də eyni düşüncə ilə hərəkət edirlər. Əgər sabah siyahıyaalma olarsa, Tandilayn həmin 120 min “erməni”ni haradan və harasından çıxaracaq?

Bildirək ki, hələ müharibədən əvvəl Dağlıq Qarabağda 150 min erməninin yaşadığı iddia edilsə də, keçirilən siyahıyaalınma zamanı məlum olmuşdu ki, bu rəqəm reallığı əks etdirmir. Erməni mənbələri də dolayısı ilə təsdiq edirlər ki, Xankəndi və ətrafında ən yaxşı halda 50-55 mindən artıq erməni yaşamayıb. Müharibədən sonra isə bu rəqəmin 25-30 min nəfərlik bir həddə olduğu da gizlin deyil və bunu isbat etmək çətin məsələ sayılmır. Bircə siyahıyaalma kifayət edir ki, ermənilərin yalanı ortaya çıxsın.

Hətta ermənilərin iddia etdikləri kimi, Qarabağda lap 120 min erməni yaşayır, bu yenə də onlara statusun verilməsinə əsas deyil. Çünki cəmi 3000 kv.km ərazidə 120 min nəfərə ayrıca statusun verilməsi, nə mümkündür, nə də məntiqlidir.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button