ManşetSiyasət

Ermənilərdən Bakının 5 bəndlik təklifinə qarşılıq “5 bəndlik təklif”

Xəbər verildiyi kimi, Azərbaycan tərəfi Ermənistana rəsmi olaraq 5 bənddən ibarət təkliflər verib. JAMAZ.İNFO xəbər verir ki, xarici işlər naziri Ceyhun Bayramov bu barədə bildirib ki, İrəvandan təkliflərə cavab gözləyirlər.

Qeyd edək ki, həmin təkliflərdə Ermənistanın Qarabağ da daxil olmaqla Azərbaycanın ərazi bütövlüyünü tanıması, Qazaxın və Naxçıvanın faktiki işğalda olan kəndlərindən geri çəkilməsi, habelə vaxtıyla Ermənistandan qaçqın düşmüş azərbaycanlıların öz yurdlarına qayıtması təmin olunması və onlara dəymiş maddi ziyan ödənilməsi nəzərdə tutulub.

Bildirək ki, bu təkliflər açıqlandıqdan sonra erməni tərəfi də alternativ təkliflə çıxış edib. Düzdür, bu təklifləri İrəvan hökuməti verməyib. Təklifi verənlər isə Ermənistan Milli Elmlər Akademiyasının bir qrup akademikidir. Onlarda biri Hayk Demoyan, həm də qondarma “erməni soyqırımı” “muzeyi”nin direktorudur. O təkliflərində yazır ki, Azərbaycan keçmiş DQMV daxilində Qarabağın öz müqəddəratını təyinetmə hüququnu tanımalıdır. İkinci “bənddə” qeyd edilir ki, Azərbaycan erməni “qaçqın”ların geri qayıtmasına təminat verməli və Ermənistanla sərhəddə 30 km-lik dərinlikdə silahsızlaşdırılmış zona yaratmalıdır.

Bundan başqa, Hayk Demoyan üçüncü “təklif”ində yazır ki, Azərbaycan və İranın Naxçıvan Muxtar Respublikası arasında yükdaşımaları və birbaşa daşımaların bərpası halında oxşar təminatları alaraq, digər ölkələrdən Ermənistanın Sünik rayonu üzərindən İrəvana yüklərin birbaşa daşınmaların təhlükəsizliyinə təminat verməlidir.

Onun “təklifi”nə əsasən Azərbaycan 1990-cı ildə Bakı, Sumqayıt və digər şəhərlərdə yaşamış ermənilərin geri qayıtmasını təmin etməli və onlara kompensasiya ödəməlidir.

Demoyan həyasızlığına davam edərək, “5-ci bənddə” yazır ki, Ermənistan Azərbaycanda hakimiyyət dəyişikliyinə yönəlmiş addımlardan çəkinəcəyinə, Azərbaycanın özünün parçalanmasına yönəlmiş heç bir aksiyada iştirak etməyəcəyinə zəmanət verir.

Bildirək ki, ermənilərin həyasızlığı hər zaman əndazəyə sığmayıb. Demoyan və onun kimi “akademik”lər də bu həyasızlıqdan çıxış edərək, özlərində cəsarət tapıb, belə “təklif”lərlə çıxış edirlər. Halbuki Azərbaycanın 5 bəndlik təklifləri nə qeyri-adidir, nə də haqsız. Çünki Azərbaycan bölgədə davamlı sülh üçün çalışır və erməniləri də başa salmağa çalışır ki, bu düşmənçilikdən ən çox onlar əziyyət çəkəcəklər. Necə ki, 30 ildir onlar əziyyət çəkirlər.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button