ManşetSiyasət

Ermənilərdən etiraf: “Üçtərəfli bəyanat Brest sülhüdür, hətta ondan daha pis şərtlərlə bağlanılıb”

“Qarabağa dair üçtərəfli müqavilə mahiyyət etibarı ilə Brest sülhünə bənzəyir. Razılaşma əlverişsiz şərtlərlə bağlanılıb”. JAMAZ.İNFO xəbər verir ki, bunu Qarabağdakı separatçıların nümayəndəsi Ddavid Babayan “RİA Novosti”yə verdiyi açıqlamasında deyib.

O deyib ki, razılaşma onlar üçün kifayət qədər çətin və mürəkkəb olub. “Bu, daha çox Brest sülhüdür, hətta ondan daha pis şərtlərlə razılaşdırılıb. Əvvəlcə biz başa düşməliyik ki, nə baş verib. İlk növbədə günahkar biz özümüzük. Başqa qüvvələri günahkar hesab etmək yanlışlıqdır. Mən hətta Türkiyə və Azərbaycanı belə günahlandırmıram. Dəfələrlə demişəm ki, Türkiyə və Azərbaycan çox vicdanlı düşməndirlər. Onlar heç vaxt məqsədlərini gizlətmirdilər. Hər iki ölkə açıq şəkildə bəyan edirdi ki, əsas hədəfləri Xankəndi, Şuşa və digərləridir”.

Özünü Arayik Arutyunyanın “köməkçisi” hesab edən David Babayan qeyd edib ki, Azərbaycan və Ermənistan arasında hərbi gərginliyin nəticələri və bu nəticələrdən doğan real vəziyyətin məsuliyyəti Ermənistanın üzərindədir. “Biz Azərbaycana və ya Türkiyəyə məğlub olmadıq, özümüzə məğlub olduq. Hər zaman bunu nəzərə almalıyıq. Yeni müharibənin strateji mahiyyətini müəyyənləşdirə bilmədik. Ancaq bu, müdafiə siyasətinin aparılması üçün ən vacib şərtlərdən biri idi. Müharibə əsasən təmassız həyata keçirdi. Elə çoxsaylı itkilərimiz də dronların zərbəsi nəticəsində oldu”.

P.S. David Babayanın dediyi Brest sülhü nəyi ehtiva edir? JAMAZ.İNFO xəbər verir ki, Brest-Litovsk sülh müqaviləsi – Rusiya Sovet Federativ Sosialist Respublikasının yeni Bolşevik hökuməti ilə İttifaq Dövlətləri (və ya Dördlər ittifaqı – Almaniya İmperiyası, Avstriya-Macarıstan İmperiyası, Osmanlı dövləti və Bolqarıstan krallığı) arasında imzalanmış sülh müqaviləsidir. Sülh müqaviləsi Osmanlı dövlətinin torpaq qazandığı son müqavilədir. Müqavilə 2 aylıq sürən danışıqların nəticəsində, Ukraynanın Alman nəzarəti altında olan Bialstok-Grodna əyalətinin Brest-Litovsk şəhərində imzalandı. Müqavilə Bolşevik hökuməti tərəfinin müharibədə Almaniya və Avstriya-Macarıstan qüvvələrinin irəliləməsinin dayandırılması mövzusu üzərində idi. Bununla da, Sovet Rusiyası keçmiş Rusiya İmperiyasının İttifaq Ölkələrinə dair heç bir öhdəliyini yerinə yetirməmişdir.

Müqavilə 1918-ci il martın 3-də Brest-Litovskda imzalanmış, martın 15-də 4-cü Ümumrusiya Fövqəladə Sovetlər Qurultayı, sonra isə 22 martda Almaniya reyxstaqının razılıq verməsindən sonra, martın 26-da Almaniya imperatoru II Vilhelm tərəfindən təsdiq olunmuşdur.

Sülh müqaviləsi Rusiyanın I Dünya müharibəsindən çıxması ilə nəticələndi. Rusiya Sovet Federativ Sosialist Respublikasının 1917-ci ilin sonlarına doğru Qərb cəbhədən itirdiyi ərazilər və müqavilədən sonrakı sərhəd xətti. Müqaviləyə əsasən, Bolşevik Rusiyası Baltikyanı ərazilərini Almaniyaya verərək idarəçilikdən imtina etdi, bu ərazilər Almaniyanın vassalına çevrilərək kiçik krallıqlara bölündü. Rusiya həmçinin Cənubi Qafqazda yerləşən əyalətini – Qarsı Osmanlı İmperiyasına verərək oradan imtina etdi və Ukrayna Xalq Respublikasının müstəqilliyini tanıdı. Konqresdə Polşanın müqavilədə qeyd olunmaması və Almanların Polşa təmsilçilərinin iştirakını tanımaması mübahisələrə və etirazlara səbəb oldu. Sonralar Almaniya 1919-cu ilin 28 iyununda imzalanacaq olan Versal sülh müqaviləsində müqavilənin tərtibat iştirakına buraxılmayacaq və buna görə də iştiraka buraxılmama Almaniyanın etirazlarına səbəb olacaq. Halbuki Versal sülh müqaviləsində Almaniyaya qarşı yönəlmiş Antanta və digər birləşmiş qüvvələr Brest-Litovsk sülhünə görə Almaniyadan daha yumşaq davranmışdılar.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button