ManşetSiyasət

Ermənilərin daha bir kəndi hərbçilərimizin nəzarəti altında – KÜTQUM – VİDEO

Azərbaycan tərəfi Ermənistanla sərhəddə mövqelərini möhkəmləndirdikcə, ermənilərin “ahu-zarı” göylərə bülənd olmağa başlayıb. JAMAZ.İNFO xəbər verir ki, Çakatendə gömrük postu və Laçın dəhlizinə çıxış istiqamətində daha iki hərbi post quran Ordumuz, bununla bir sıra yeni üstünlüklər əldə edib.

Elə erməniləri də qorxuya və panikaya salan səbəb budur. Bu gün isə məlum olub ki, Çakaten yaxınlığında və Laçın Dəhlizinə yaxın ərazidə hərbi postlar quran Azərbaycan Ordusu bununla Qafan rayonunun daha bir kəndini tam müşahidə altına alıb.

Erməni mediası yazır ki, Geqanuş (Kütqum) kəndi faktiki olaraq, üç istiqamətdən Azərbaycan Orudusu ilə əhatələnib. Belə ki, kəndin ən mühüm və strateji yüksəkilikləri tamamilə hərbçilərimizin nəzarətindədir. Məlumatda deyilir ki, Azərbaycan hərbçiləri dünənə qədər həmçin təpələrdə elə də ciddi mövqe tutmamışdılar. “Ümumi növbə ilə qarovul çəkirdilər. Sayları da elə çox deyildi. Dünən gecədən etibarən isə həmin təpələrdə əsgərlərin yerləşməsi və yatması üçün kiçik həcimli çadırlar quraşdırılıb. Böyük bir dirəkdən isə Azərbaycan Bayrağı asılıb. Əsgərlərin sayı da artırılıb”.

Ermənilər bildirirlər ki, faktiki olaraq Geqanuş (Kütqum) kəndi Azərbaycan hərbçilərinin mühasirəsindədir. Onların sözlərinə görə, Çakaten yolunda post qurulduqdan sonra isə Kütqumun sakinlərinin ümumi yola çıxışı tamamilə bağlanacaq.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button