DünyaManşet

Ermənistan əhalisi panikada: Piştaxtalarda ərzaq qalmayıb

Ermənistanda ərzaqla bağlı panika yuaşanır. JAMAZ.İNFO xəbər verir ki, bu ölkənin şəhərlərində insanlar marketlərə axışaraq, qənd, şəkər tozu, un və digər zəruri ərzaq malları almağa başlayıblar. Bəzi məntəqələrdə vəziyyət o həddə çatıb ki, piştaxtalarda ərzaq belə qalmayıb.

Ermənistan parlamentinin deputatı Aqanessa Xamoyan bildirib ki, ölkəsi ciddi ərzaq təhlükəsizliyi problemi ilə üz-üzə qalıb. O deyib ki, hazırda Ermənistanda qənd və unun qiyməti sürətlə bahalaşmağa başlayıb. “Əhali panika içindədir. Bu gün əlinə düşən nə varsa alırlar. Çünki sabah həmin ərzaqların 50-100 dram bahalaşacağını bilirlər”.

Xamoyan İrəvan hökumətini tənqid edərək bildirib ki, onlar 44 günlük müharibə zamanı da Ermənistan ordusunun “qalib” gəldiyini deyirdilər. “Siz indi deyirsiz ki, hər şey qaydasındadır, bahalaşma yoxdur. Siz həmin adamlarsınız ki, 44 günlük müharibə zamanı da Ermənistanın “qalib” gəldiyini deyirdiniz. İndi də başlamısız ki, un yoxdur, amma göydən yağla mannı düşəcək”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button