GündəmManşet

Ermənistan iki əsgərin ölməsi xəbərini təsdiqləmir, icma rəhbəri isə yaralanıb

Ermənistan tərəfi Naxçıvanla sərhəddə təxribatlarına davam edir. JAMAZ.İNFO xəbər verir ki, dünən gecə Sərədək rayonu Heydərabad kəndi istiqamətində mövqelərimizi atəşə tutan düşmən, bir zabitimizi yaralayıb.

Belə ki, Erasx (Arazdəyən) qəsəbəsində yerləşən düşmən mütəmadi olaraq atəşkəsi pozaraq, mövqelərimizi hədəfə alır. Azərbaycan Müdafiə Nazirliyi məlumat verir ki, hər şey nəzarət altındadır və düşmənə layiqli cavab verilir.

Qeyd edək ki, dünən gecədən etibarən erməni tərəfinin itki verdiyinə dair məlumatlar gəlir. Həmin məlumatlar əsasən “Shamshyan” teleqram kanalı yayıb. Məlumatda deyilir ki, dünən gecə Arazdəyən kəndi yaxınlığında gedən döyüşlərdə Ermənistan ordusu iki əsgərini itirib. Bundan başqa, həmin kəndin icma rəhbəri Radik Ohikyan yaralanıb.

Bildirək ki, Ermənistan Müdafiə Nazirliyi əvvəlcə məlumatları təkzib edib. Onlar hər hansı bir ölü və yaralının olmadığını bəyan ediblər. Lazın az öncə nazirlik etiraf edib ki, ölüm hadisəsi olmasa da, kəndin icma rəhbəri Radik Ohikyan çiynindən yaralanıb və o təcili olaraq İrəvandakı xəstəxanaya aparılıb.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button