DünyaManşet

Ermənistan KTMT-dən çıxmaq üçün manevrlara başladı

Ermənistanda yeni hökumət qurulduqdan sonra Paşinyan və tərəfdarları açıq olmasa da, dolayı yolla Rusiyaya qarşı ilk addımlarını atmağa başlayıblar. JAMAZ.İNFO xəbər verir ki, əvvəlki dönəmlərdən fərqli olaraq, hazırda İrəvandakı aparıcı analitiklər, siyasətçilər Ermənistanın gələcəyinin Rusiyanın yanında olmadığını açıq şəkildə deməkdədirlər.

Bu gün “Armenian Report” saytında dərc olunan yazı da təsdiq edir ki, Paşinyan artıq prosesə start verib. Hələlik təbliğat vasitəsi olaraq birbaşa olmasa da, dolayısı ilə özünə bağlı olan mətbuat vasitəsi ilə.

Erməni analitik Tevos Arşakyan yazır ki, Ermənistan 16 sentyabrdan etibarən KTMT-yə rəhbərlik edəcək. Arşakyan bu təşkilatı “ölü doğulmuş”, “Putinin təşkilatı” adlandıraraq, qeyd edir ki, artıq ölkəsində daha çox rədd edilməyə səbəb olur. O yazır ki, əgər 2016 -cı ilin aprelinə qədər, iyul ayında Tovuz təxribatından və daha da çox – 44 günlük müharibədən əvvəl, bəzi sadəlövh vətəndaşlar KTMT-nin dərhal Ermənistan dövlətlərinin köməyinə gələcəyini gözləyirdilər. “Lakin məlum oldu ki, KTMT bizi müdafiə etmək fikrindən uzaqdır. Artıq bu təşkilata qarşı çıxmayanlar Ermənistanda tənbəllərdir”.

Analitik bildirir ki, Ermənistan sərhəddində vəziyyət qarışıqdır və İrəvan rəsmiləri Rusiyanı daha da qıcıqlandırmamaq üçün yarıölü KTMT haqqında sərt açıqlamalar verməkdən çəkinirlər. “Amma bu o demək deyil ki, sadə vətəndaşlar, hətta müxalifət də susacaq. Təbii ki, Köçəryan, Sarkisyan, Vanetsyan və ölkəmizdəki rusların beşinci kolonunun digər nümayəndələrinin simasında Kremlə yaxın dəstə içərisində olan Paşinyanın rəqiblərini nəzərdə tutmuram. Xeyr, Vətənimizin maraqlarını və dövlətçiliyini satmaq hesabına Milli Məclisə girmək üçün səy göstərməyənləri, arzu olunan millət vəkili kürsüsü uğrunda namus və vicdanını qurban verməyə hazır olmayanları nəzərdə tuturam. Bəli, nə qədər təəccüblü olsa da, ölkəmizdə olanlar hələ də qorunub saxlanılır. Kremlin ölkəmizdəki muzdlu işçilərindən və ya Moskvadan qorxunc bir qışqırıqdan qorxmurlar, sadəcə əsas şeyi deyirlər – Ermənistanın bu yararsız təşkilatın sıralarını tərk etməsinin vaxtıdır”.

Arşakyan buna misal olaraq Ermənistanın Mühafizəkarlar Partiyası, Avropa Partiyası və Suveren Ermənistan Partiyasını misal çəkib. Onların bəyanatında yer alan fikirlərə diqqət yetirib.

Qeyd edək ki, həmin bəyanatda hökumətdən Ermənistanın KTMT-dən çıxmasını, Qərblə yaxınlaşmasını, ABŞ və Fransadan maliyyə dəstəyi alaraq, yeni ordu qurmasını tələb ediblər. Hər üç partiyanın sədir deyir ki, KTMT-yə sədrlik dövründə bu təşkilatın müharibə vaxtı hərəkətsizliyinə dair yazılı izahat istənilməlidir.

Və bunun fonunda analitik vurğulayır ki, Ermənistan üçün KTMT lazımsı bir təşkilatdır və oradan çıxmağın zamanı çatıb. “KTMT Ermənistan və Qarabağ üçün təhdidlərə heç vaxt adekvat cavab verməyib. Baxmayaraq ki, bu, birbaşa məsuliyyətdir. Bəs, Paşinyanın erməni vətənpərvərlərinin səsini dinləmək üçün kifayət qədər cəsarəti olacaqmı?”

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button