ManşetÖlkə içi

Ermənistan kütləvi məzarlıqların yerini deməkdən boyun qaçırır: “Öhdəlik götürməmişik”

Xəbər verildiyi kimi, dünən Azərbaycan tərəfi daha 8 erməni əsiri Ermənistana təhvil verib. JAMAZ.İNFO xəbər verir ki, Azərbaycanın Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası bəyan edib ki, Azərbaycan tərəfinin humanitar xarakterli bu addımının əvəzində Ermənistan tərəfi birinci Ermənistan-Azərbaycan müharibəsində öldürülmüş və kütləvi məzarlıqlarda basdırılması ehtimal edilən hərbi və mülki Azərbaycan vətəndaşları haqqında məlumatları, habelə bu qəbildən olan kütləvi məzarlıqların yerləri barədə məlumatı Azərbaycan tərəfinə verməlidir.

Bildirək ki, Ermənistan Xarici İşlər         Nazirliyi məsələ ilə bağlı açılqma verib. Nazirliyin mətbuat katibi Vaan Hunanyan bildirib ki, Ermənistan tərəfi itkin düşənlərin taleyinin üzə çıxarılması ilə bağlı hər hansı birtərəfli öhdəlik götürməyib. “Həm birinci, həm də ikinci Qarabağ müharibəsində erməni tərəfinin itkin düşənləri var. İtkin düşənlərin taleyini öyrənməyə çalışırıq. Bununla bağlı Ermənistan tərəfi heç bir təktərəfli öhdəlik götürməyib”.

Qeyd edək ki, Ermənistan XİN-in bu açıqlaması daha çox məsələdən boyun qaçırmaqdır. Çünki həmin kütləvi məzarlıqlar üzə çıxarsa, bu onlar üçün ciddi problemlər də yarada bilər. Belə ki, Azərbaycan tərəfi həmin faktlardan istifadə edərək, onları beynəlxalq təşkilatlara təqdim edə, beynəlxalq məhkəməyə müraciət edə bilər. Eyni zamanda, bu halın özü ermənilərin Azərbaycan əhalisinə qarşı soyqırımı kimi də xarakteriə olunaraq, qanuniləşdirilməsi mümkündür. Elə bu səbəbdən də, Ermənistan tərəfi erməni xislətinə uyğun olaraq, əvvəlcə söz verib, sonra da vədinə xilaf çıxmağa çalışır. Bunu mina xəritələrinin verilməsi prosesində də görmüşük.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button