DünyaManşet

Ermənistan Müdafiə Nazirliyində ara qarışdı

Ermənistan Müdafiə Nazirliyində ara qarışıb. JAMAZ.İNFO “Joxovurd” qəzetinə istinadən xəbər verir ki, aranın qarışmasına səbəb müdafiə naziri Vaqarşak Arytyunyanla baş qərargah rəisi Artak Davatyan arasında münasibətlərin gərgin olmasıdır.

Qəzet yazır ki, Arutyunyanla Davatyanın arasında yaşanan gərginlik o həddə çatıb ki, hətta nazirin verdiyi tapşırıqlar baş qərargah rəisi tərfindən icra edilmir. “Azərbaycan Ordusu iki həftədi sərhədyanı ərazilərdə hökmranlıq edir. Açılan atəş nəticəsində bir erməni əsgəri ölüb. Lakin erməni generalları arasında biabırçılıq yaşanır”.

“Joxovurd” qeyd edir ki, Davatyan Arutyunyanın dediklərini qəbul etməməklə yanaşı, həm də öz bildiyi kimi hərəkət edir. “Davatyan bütün qərarları təkbaşına qəbul edir. Nazirin ən elementar tapşırıqlarına belə məhəl qoymur”.

Məqalədə bildirilir ki, məsələ ilə bağlı Ermənistanın baş naziri Nikol Paşinyana dəfələrlə şikayətin edilməsinin də əhəmiyyəti olmayıb. “Paşinyan deyib ki, onlar arasında subardinasiya var və məsələyə qarışa bilməz”.

Bu əsnada, erməni qəzeti bildirir ki, hazırda Ermənistan Müdafiə Nazirliyində əsas söz sahibi Baş Qərargah rəsinin müavini Arşak Karapetyandır. Belə ki, o, özünü “boz kardinal” elan edib. Paşinyanın məsləhətçisi postundan belə bir vəzifəyə gətirilən Karapetyanın nazirlikdə heç kimi saymadığı qeyd edilir.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button