GündəmManşet

Ermənistan Ordusu 4005, Qarabağ erməniləri isə 2364 əsgərini itirib

Sentyabrın 27-dən fevralın 13-nə kimi Qarabağ savaşında ölən Ermənistan Ordusunun 3577 əsgərin məhkəmə-tibbi ekspertizası yolu ilə şəxsiyyəti müəyyənləşdirilib və ailəsinə təhvil verilib. JAMAZ.İNFO xəbər verir ki, bu barədə Ermənistan Səhiyyə Nazirliyi məlumat yayıb.

Nazirliyin məlumatında deyilir ki, 13 fevral tarixinə kimi ekspertizadan keçməyən ölmüş erməni əsgərlərinin sayı 428 nəfər təşkil edir.

Qeyd edək ki, Dağlıq Qarabağda yaşayan ermənilər də öz itkilərinin sayını açıqlayıb. İndiyə qədər 2364 erməni əsgəri Qarabağ müharibəsində ölüb. 13 noyabrdan 17 fevrala kimi isə döyüş meydanından 1485 erməni əsgərinin meyiti çıxarılıb.

Xatırladaq ki, Ermənistan tərəfi Qarabağda öldürülən əsgərlərinin axtarışını davam etdirir.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button