DünyaManşet

Ermənistan ordusu ikiyə bölünüb, Arayik də İrəvana gəlib, Paşinyan dirəniş göstərir – XRONİKA  

Bu gün səhər saatlarında Ermənistan Müdafiə Nazirliyi Baş Qərargahının bir qrup zabiti və generalları baş nazir Nikol Paşinyanın istefasını tələb ediblər. JAMAZ.İNFO xəbər verir ki, generallar baş naziri ordunu bərbad hala salmaqda, ölkəni uçuruma aparmaqda və bir Ermənistanın hazırkı duruma düşməkdə ittiham ediblər.

Bu açıqlamadan sonra Ermənistanın baş naziri bəyan edib ki, ölkədə dövlət çevrilişinə cəhd var və bu səbəbdən də bütün tərəfdarlarını küçəyə çıxmağa çağırıb. Onun çağırışından sonra İrəvanın mərkəzi meydanına on mindən çox insan yığışıb. Aksiyaçılara qatılan Paşinyan, həyat yoldaşı və uşaqları ilə gələrək tərəfdarları qarşısında çıxış edib. O bəyan edib ki, xarici qüvvələr Ermənistan ordusundan istifadə edərək, hakimiyyəti dəyişməyə çalışırlar. Onun sözlərinə görə, bu hadisələrin qarşısı alınmasa, ölkə xaosa sürüklənəcək.

Qeyd edək ki, Ermənistanda vəziyyətin qarışmasına səbəb Nikol Paşinyanın Rusiya istehsalı olan “İsgəndər” raketləri ilə bağlı açıqlama verməsi olub. Belə ki, baş nazir bildirib ki, Rusiyadan aldıqları sözügedən raketlər istifadəyə yararsızdır və Qarabağ savaşında onlardan istifadə edərkən, cəmi 10 faizi işə yarayıb. Yerdə qalanı isə atəşlənsə də, partlamayıb.

Bu açıqlamadan sonra Ermənistan Müdafiə Nazirliyinin Baş Qərargahının rəis müavini Tiran Xaçatryan açıqlama verərək, Ppaşinyanı ələ salmışdı. O bildirmişdi ki, bu fikirlər qeyri-ciddidir. Həmin gün isə baş nazirin əmri ilə Xaçatryan işdən çıxarıldı. Ardından daha bir neçə general da vəzifələrindən alınıblar.

Maraqlıdır ki, “İsgəndər” raketləri ilə bağlı açıqlam Rusiyada da ciddi narazılıqla qarşılanıb. Bu ölkənin deputatlarından tutmuş, hərbçiləri və ekspertlərinə qədər hər kəs Paşinyanı yalan danışmaqda ittiham ediblər.

JAMAZ.İNFO Ermənistanda baş verən son hadisələrin qısa xronikasını təqdir edir:

– İrəvanda Paşinyan tərəfdarlarının aksiyası davam edir. Az öncə müxalifətçilərlə hökumət tərəfdarları arasında dava düşüb. Bir qrup özünü “müxalifət” nümayəndəsi kimi təqdim edən şəxs aksiya iştirakçılarına hücum edib. Polisin məsələyə qarışmasından sonra aralıq sakitləşdirilib.

– Ermənistan Daxili İşlər Nazirliyi Nikol Paşinyanı dəstəkləyən açıqlama ilə çıxış ediblər. Onlar ölkədə iğtişaş yaradan qüvvələrə qarşı amansız olacaqlarını bilridiblər.

– Ermənistan Dövlət Gəlirləri Komitəsinin əməkdaşları İrəvanda keçirilən aksiyaya qatılıblar. Onlar Paşinyanı dəstəklədiklərini bildiriblər.

– Ermənistan ordusunda da ikitirəlik yaranıb. Əksər korpus komandirləri işdən çıxarılan və barəsində cinayət işi açılan baş qərargah rəisi Onik Qasparyanın tərəfində olsalar da, bir çox briqadalar Paşinyanla birlikdə olduqlarını açıqlayıblar.

– Arayik Arutyunyan da İrəvana gəlib. Bu gün o, Ermənistan Dövlət Təhlükəsizlik Xidmətinin rəisi Armen Abazyanla birlikdə Baş Qərargaha gəliblər. Orada Qasparyanın otağında bir qədər oturduqdan sonra binanı tərk ediblər.

– Ermənistanın baş naziri Nikol Paşinyanla Rusiya prezidenti Vvladimir Putin arasında telefeon danışığı olub. Əsas müzakirə mövzusu Ermənistandakı hazırkı vəziyyət olub. Putinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Rusiya prezidenti danışıqlarda Paşinyandan ölkədə sabitliyi qorumağa və hər şeyin qanuni formada tənzimləməyə çağırıb.

– Erməni diasporu birmənalı olaraq Qasparyan və onun ətrafında olan hərbçilərlə bir olduqlarını bəyan ediblər. Bu gün yerli vaxtla saat 17:00-da Qlendeyl şəhərində aksiya keçirəcəklərini bildiriblər.

– Rusiyadakı erməni diasporu isə ayrıca bəyanatla çıxış edib. Onlar da Baş Qərargahın generallarını dəstəklədiklərini və Paşinyanın istefa verməsini tələb ediblər.

– Bir qrup hərbçi Ermənistan Müdafiə Nazirliyinin Baş Qqərargah rəisi Onik Qasparyanı həbs etmək üçün nazirliyin binasına gəliblər. Müxalifət qüvvələri bu hadisədən xəbər tutan kimi, həmin əraziyə axın etməyə başlayıblar.

– Müxalifətin əsas birliyi olan “Vətənin Xilası Naminə Hərəkatı”nın üzvləri İrəvanda Baş Qərargahın generallarını müdafiəsi məqsədi ilə aksiyaya start veriblər.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button