GündəmManşet

Ermənistan ordusu yüksək döyüş hazırlığı vəziyyətinə gətirildi: Sərhəddə müharibə riski

Məlum olduğu kimi, sabah Soşidə Azərbaycan, Rusiya və Ermənistan rəhbərlərinin iştirakı ilə görüş keçiriləcək. JAMAZ.İNFO xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistan baş naziri Nikol Paşinyan arasında müəyyən sənədlərin imzalanması ehtimalı var.

Kremldən verilən məlumatda qeyd edirlir ki, görüş həm üçtərəfli, həm də ikitərəfli olacaq. Belə ki, Rusiya prezidenti Vladimir Putin, həm İlham Əliyev, həm də Nikol Paşinyanla təkbətək görüşməyi planlaşdırır. Bunun ardından isə üçtərəfli görüş start götürəcək.

JAMAZ.İNFO xəbər verir ki, görüş ərəfəsində Ermənistan ordusuna 1 nömrəli hazırlıq vəziyyəti elan edilib. Belə ki, Zəngəzurda yerləşən erməni hərbi hissəslərinə yüksək döyüş hazırlığı tapşırığı verilib. Hətta döyüş növbətçiliyində olmayan zabitlər də hərbi hissələrə çağrılıb. Onlara bildirilib ki, 25-26 noyabr tarixlərində hərbi hissədə qalmalı, döyüş hazırlığında olmalıdırlar.

Qeyd edək ki, ermənilərin bu hərəkəti Soçi görüşündən sonra sərhəddə növbəti təxribat cəhdinə hazırlıq anlamı daşıyır. Çünki keçiriləcək görüşdə Ermənistan istəyinə çata bilməsə, sərhəddə gərginlik yaratmaqla şantaj variantına keçə bilər. Digər tərəfdən isə belə təxribatlar İrəvan hakimiyyətinə vaxt qazanmağa imkan yaradır.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button