GündəmManşet

Ermənistan Qafandakı bəzi mövqeləri Azərbaycana verir  

Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanla KTMT-nin baş katibi Stanislav Zas arasında telefon danışığı olub. JAMAZ.İNFO xəbər verir ki, danışıqlar zamanı Azərbaycan-Ermənistan sərhəddindəki vəziyyət müzakirə olunub.

Armen Qriqoryan vurğulayıb ki, Ermənistanla Azərbaycan arasında sərhəd hələ Sovet İttifaqı illərindən mövcuddur. “1991-ci ildə imzalanmış Müstəqil Dövlətlərin Birliyinin yaradılması haqqında Sazişə əsasən, tərəflər sərhədi tanıyıb. Sazişi hər iki ölkənin parlamentlərində ratifikasiya edilib və o iki ölkənin qanunvericiliyinin tərkib hissəsidir”.

JAMAZ.İNFO xəbər verir ki, Ermənistanda yayımlanan 168.am saytı isə iddia edib ki, baş nazir Nikol Paşinyan Ermənistanı Azərbaycana hissə-hissə bağışlamaq fəaliyyətini davam etdirir. “Sünik rayonunun bir sıra hissələrini (Kövsakan və s.), gizli sənədlə Azərbaycana təhvil verəndən sonra, indi Qafandan bəzi mövqeləri Azərbaycana vermək niyyətindədir”.

Sayt hökumət mənbələrinə istinadən yazır ki, bu addım sərhədlərin tənzimlənməsi ilə izah olunur. “Razılaşmaya əsasən Ermənistan ordusu Qafandakı bir neçə mövqedən geri çəkilməlidir. Geriçəkilmənin nə üçün baş verəcəyi bəlli deyil. Amma bəhanə kimi hakim partiyanın nümayəndələri yerli sakinlərə Rusiya tərəfi ilə razılaşdıqlarını bildirirlər”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button