GündəmManşet

Ermənistan Qara göl ətrafındakı qoşunlarının bir hissəsini geri çəkdi

Azərbaycan və Ermənistan arasında sərhədlərin delmitasiya və demarkasiya üzrə danışıqların mayın 16-17-də Moskvada keçiriləcəyi artıq dəqiqləşib. JAMAZ.İNFO xəbər verir ki, bu razılaşma dünən Düşənbədə XİN başçılarının keçirilən görüşündə əldə olunub.

Qeyd edək ki, bir müddətdir Rusiya və Avropa Birliyinin vasitəçiliyi ilə Bakı və İrəvan arasında sülh sazişi ilə bağlı danışıqlar gedir. Brüsseldə keçirilən görüşlərdən sonra sərhəd məsələsi və sülh sazişi ilə bağlı Birgə Komissiyanın yaradılması qərarlaşıdırılıb. Moskvanın da daxil olduğu prosesin ay sonuna qədər intensivləşəcəyi isə artıq dəqiqdir.

JAMAZ.İNFO xəbər verir ki, Ermənistan tərəfi danışıqlar ərəfəsində qəribə addımlar atmağa başlayıb. “Hraparak” qəzetinin yaydığı məlumata görə, dünəndən etibarən Laçın rayonunun Qara göl ərazisində yerləşmiş İrəvan ordusunun sayı azaldılıb. Belə ki, oradakı erməni postlarının bir qismi çıxarılıb. “Qara gölə yaxın yaşayış məntəqələrindən aldığımız məlumata görə, dünəndən etibarən həmin ərazidəki Ermənistan ordusunun bölmələrinin sayı azaldılıb. Bir hissəsi geri çəkilib. Postlar arasında məsafə də xeyli uzaqlaşdırılıb. Mövcud postlardakı şəxsi heyətin də sayının azaldıldığını deyirlər”.

Bildirək ki, Ermənistanın belə bir addımının konkret səbəbləri məlum deyil. Bu ölkənin Müdafiə Nazirliyi də yerli medianın suallarını cavablandırmaqdan boyun qaçırıb. Güman edilir ki, İrəvan tərəfi Qara göl ərazisində hərbi mövcudluq səviyyəsini azaltmaqla əldə olunmuş razılaşmalardan daha birini icra edib. Çünki sözügedən ərazilər faktiki olaraq Azərbaycana məxsusdur və orada Ordumuzun bölmələri də bu səbəbdən yerləşdirilib.

Onu da qeyd edək ki, Ermənistanın baş naziri Nikol Paşinyan hələ bir müddət əvvəl açıqlamasında bildirmişdi ki, Qara göl məsələsinə görə Azərbaycanla müharibə etmək fikrində deyillər.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button