GündəmManşet

Ermənistan Qarabağ ermənilərinə ayırdığı pulu dayandırdı

Qarabağda yaşayan ermənilərə ödənilən 68 min dram (140 dollar) müavinətin verilməsi dayandırılıb. JAMAZ.İNFO xəbər verir ki, bu barədə İrəvandakı QHT-lər məlumat yayıb.

Həmin məlumatda deyilir ki, hökumət yeni ilin büdcəsində Qarabağda yaşayan ermənilər üçün aylıq müavinəti 25 min drama (50 dollara) endirib. Rəsmi qurumlar müavinət və yardımların dayandırılmasının səbəbini açıqlamayıb.

QHT nümayəndələri bildirir ki, hazırda hökumət rəsmiləri 25 min dram məsələsini müzakirə etsələr də, onun nə zaman veriləcəyi barədə heç nə demirlər. “İndi 25 min dramdan danışırlar. Hesablamalar apardılarmı? İstehlak səbəti ilə tanışsınızmı?”

İrəvanda fəaliyyət göstərən qondarma “Hadrut Uğrunda” təşkilatın rəhbəri Levon Hayıryan isə deyib ki, hal hazırda 168 min dram aylıq müavinət veriləs belə, problemi həll etmək mümkün deyil. Onun sözlərinə görə, məsələ siyasi qərarla həllini tapmalıdır.

Hayryan “siyasi qərar” dedikdə, Qarabağda yaşayan bir çox sarsaq separatçıların nəzərdə tutduğu məsələni dilə gətirib. “Ya Qarabağ müstəqil olmalıdır. Ya da Qarabağ Ermənistana birləşdirilməlidir”.

P.S. Qeyd edək ki, Ermənistan hökuməti Qarabağdakı ermənilərə mənzil, tikinti, pensiya və kommunal xərclərin qarşılanması məqsədi ilə 120 milyon dollar pul ayırıb. Bir ildir ödənilən həmin pulların yeni ildən dayandırlması qərarlaşdırılıb.

Hayır(sız)yan kimi separatçılara gəldikdə isə onlar Qarabağın “müstəqilliyi”ni qulaqlarının dibini görəndə görərələr.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button