GündəmManşet

Ermənistan Qarabağa maliyyə yardımı ayırmağı dayandırır

Ermənistan hökuməti gələn ildən etibarən Qarabağda yaşayan ermənilərə maliyyə yardımı ayrımağı dayandırmağı planlaşdırır. JAMAZ.İNFO xəbər verir ki, bunu Qarabağdakı separatçıların nümayəndələri bildiriblər.

Onların dedyinə görə, növbəti ildən etibarən Ermənistan hökuməti maliyyə yardımını iki dəfə azaldacaq, ardından isə məbləği minimuma endirəcək. “Hraparak” nəşrinin yazdığına görə, 2024-cü ildən etibarən Qarabağa ayrılacaq pulla yalnız mədəni tədbilər keçirmək mümkün olacaq.

JAMAZ.İNFO xəbər verir ki, Qarabağdakı separatçılar başqa bir məsələ barədə də müzakirə açıblar. Daha doğrusu, Ermənistan parlamenti ilə Qarabağdakı qondarma “parlament” arasında əlaqələrin bərpa edilməsi qərarlaşdırılsa da, İrəvan bundan imtina edib. Belə ki, separatçılar dünən bəyanat yayaraq, təcili olaraq Ermənistan parlamentinin spikeri ilə Qarabağdakı qondarma “məclis”in rəhbərinin görüşünün təşkil edilməsi, “birgə komissiyanın” yaradılmasını tələb ediblər. “Nikol Paşinyan Azərbaycandan gəlmiş deputatları qəbul edib, onlarla səmimi danışır. Amma iki ildir ki, biz nə onunla, nə də Ermənistan parlamentinin spikeri ilə görüşə bilmirik. Biz təcili toplantı çağırmağı və birgə komissiyanın yaradılmasını tələb edirik”.

Lakin İrəvandan bildirilib ki, belə bi “komissiya”nən yaradılması nəzərdə tutulmur və görüş məsələsinə də zərurət olacağı təqdirdə baxılacaq.

Bildirək ki, bu rədd cavablarının hansı səbəbdən verildiyi məlum deyil. Erməni müxalifəti iddia edir ki, Nikol Paşinyanın belə davranışı Azərbaycanın tələbi ilə bağlıdır. Belə ki, rəsmi Bakı İrəvandan Qarabağ məsələsindən çəkilməyi tələb edib, əks təqdirdə, müharibə ilə hədələyib.

Xatırladaq ki, 44 günlük müharibədən sonra Ermənistan Qarabağda yaşayan ermənilərin pensiyalarının ödənilməsi, tikinti işlər və digər sosial məsələlərlə bağlı hər il 240 milyon dollar pul ayırır. Bu ilin büdcəsindən isə ayrılan vəsait bir qədər çox olub ki, bu da 260 milyon dollara yaxın məbləğ təşkil edib.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button