AraşdırmaManşet

Ermənistan Qarabağda nələr itirib? – Milyardlıq zərərlər

44 günlük Vətən Müharibəsindən sonra Qarabağın geri qaytarılmasının Ermənistana külli miqdarda zərər vurduğu göz qabağındadır. JAMAZ.İNFO xəbər verir ki, İrəvan üzləşdiyi problemlərinin zaman içində daha ağır nəticələr verəcəyini özü açıqlamağa başlayıb.

Qeyd edək ki, Ermənistan işğal altında olan torpaqlarımızdan hər il 100 min tondan bir qədər çox taxıl götürürdü. Bu Qarabağın ümumi potensialının təxminən 50-55 faizinə yaxın hesab olunurdu. Həmin taxılla ermənilər öz daxili təlabatlarının 30-35 faizinin qarşılamaq imkanına sahib idilər. Artıq həmin ehtiyaclarını xaricdən taxıl almaqla qarşılamaq məcburiyyətindədirlər.

Bundan başqa, Kəlbəcər, Ağdərə və Laçın yaylaqlarından geniş istifadə edən ermənilər xırdabuynuzlu heyvandarlıq komplekslərinin sayını çoxaltmaqla, xaricə ət ixracı problemlərini qaydasına salmışdılar. İrəvan tərəfinin açıqladığı rəqəmlərdən belə başa düşülür ki, Qqarabağda hər il orta hesabla 1 milyon başa yaxın qoyun və keçi saxlanılıb. Bu rəqəmin reallığı nə qədər əks etdirdiyini demək çətindir. Lakin məlum olan odur ki, Ermənistan hər il təkcə, İrana orta hesabla 200 min başdan çox qoyun, 100 min başa yaxın isə iribuynuzlu mal satıb. Bundan başqa, ərəb ölkələrinə də təxminən bu qədərə yaxın heyvan satılıb ki, bunun da əsas payı Qarabağın hesabına yazılıb.

İşğal altında olan torpaqlarımızda hasil edilən elektrik enerjisi, mədən məhsulları, habelə meyvə və tərəvəz baxımından da ermənilər çox şey itiriblər. Məsələn, toyuq yemi istehsalının böyük hissəsi Qarabağ torpaqlarının payına düşüb ki, bu da təxminən 25 min tondan bir qədər çox olub.

Bəzi hesablamalara görə, Ermənistan 44 günlük müharibədən sonra təkcə, iqtisadi cəhətdən 1 milyard dollar ziyana düşüb. Buraya Belə ki, bundan sonra İrəvan öz ehtiyaclarını qarşılamaq üçün Qarabağın imkanlarından yararlanaraq, 300-400 milyon dollar qənaət edə bilirdi ki, bundan sonra həmin vəsaiti tapıb, eyni məhsulları xaricdən almaq məcburiyyətindədir.

İndi isə Ermənistanın daha bir problemi üzə çıxıb. Və bu problem öncəkilərdən daha ağırdır. Onun həlli üçün İrəvanın yetərli imkanının olmaması ilə yanaşı, resursları da yoxdur. “Haystani Anrapetutyun” qəzeti yazır ki, Ermınistanın daxili su ehtiyatları Qarabağ müharibəsinə qədər 6 milyard kub metr təşkil edirdi. Müharibədən sonra isə bu rəqəm 2 milyard kub metrə düşüb. Qəzet yazır ki, əksər müharibələrini geosiyasi maraqlarla yanaşı, su mənbələri uğrunda olduğu bəlli məsələdir. Amma erməni nəşri iddia edib ki, Azərbaycanın öz torpaqlarını işğaldan azad etməsinin başlıca səbəbi Qarabağdakı su ehtiyatları olub. “Ermənistanın daxili su ehtiyacı 6-7 milyard kub metr təşkil edir. Hazırda isə ölkə yalnız bunun 2 milyard kubmetrini qarşılaya bilir. Çünki qalan mənbələr Türkiyə və Azərbaycanın nəzarəti altındadır. Təcili olaraq, su anbarları tikilməsə və irriqasiya sistemləri yenilənməsə Ermənistanı yaxın gələcəkdə cidd və dəhşətli su problemi gözləyəcək”.

Qeyd edək ki, bir neçə gün əvvəl Xankəndidə qərarlaşmış erməni terrorçuları da artıq su təlabatlarını ödəyə bilmədiklərini bəyan etmişdilər. Onlar həm içməli, həm də suvarma sularının Azərbaycanın nəzarəti altında olduğunu vurğulayırdılar. Problemi aradan qaldırmaq üçün isə bir sıra planlarının olduğu, lakin pullarının olmadığını qeyd etmişdilər.

Bu məsələdən bir neçə gün sonra terrorçuların nümayəndəsi David Babayan (o, həm də hidrologiya üzrə mütəxəssisdir) bildirdi ki, Qarabağın su ehtiyatları əsasən Laçın, Qubadlı və Kəlbəcərdən axan çayların hesabına formalaşıb. Bundan başqa, Ermənistanın da suya olan təlabatı bu çayların sayəsində qarşılanırdı. “Hazırda isə həmin çayların Azərbaycanın nəzarətində olduğu, onlar üzərində bəndlərin inşa edildiyi, hətta bəzi çayların yataqlarını dəyişdirirlər. Sərsəng su anbarından əkin sahələrini suvarmaq, əhalini içməli su ilə təhciz etmək mümkündür. Lakin anbardan Xankəndinə və digər şəhərlərə su xətlərinin çəkilməsi üçün ən azı 300 milyon dollara yaxın vəsait lazımdır”.

Babayan vəziyyətdən çıxış yolunu Azərbaycan çayları üzərində rus sülhməramlılarının nəzarət etməsini təklif edib ki, bu da savadsızlığın əlamətindən başqa bir şey deyil. Çünki bu çaylar bizə məxsusdur və onlardan necə istifadə etmək də bizim səlahiyyətimizdə olan məsələdir. Digər tərəfdən, Babayanın oturduğu Xankəndi də Azərbaycanındır və tezliklə biz orada yaşayanlar üçün su sistemləri və digər məsələləri təşkil edəcəyik. Yəni, Babayan bizim dərdimizi çəkməsin.

Beləliklə, Ermənistan 30 il çapıb, taladığı Qarabağdan qovulduqdan sonra iqtisadi cəhətdən çətin duruma düşüb. Vəziyyətdən çıxmaq üçün isə yetərli imkanları yoxdur. Paşinyan hökumətinin Qərbdən alacağı maliyyə vəsaitləri ilə ölkənin iç problemlərini həll etmək mümkün olacaq. Lakin su və digər bu məsələlərin həllinə necə nail olacağı sual altındadır.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button