ManşetSiyasət

Ermənistan sülh sazişinin şərtlərini açıqladı: “Qarabağın statusu tanınmalıdır”

Ermənistan son parlament seçkilərindən sonra Azərbaycanla bağlanılacaq sülh sazişi məsələsinə aydınlıq gətirməyə başlayıb. Daha doğrusu, artıq şərtlə danışmağa başlayıblar. JAMAZ.İNFO xəbər verir ki, hazırda seçkilərin qalibi olmuş “Mənim Addımım” fraksiyasının üzvü, deputat, habelə Nikol Paşinyanın ən etibarlı adamlarından biri olan Ruben Rubinyan ölkəsinin sazişlə bağlı fikirlərini açıqlayıb.

O deyib ki, İrəvan Azərbaycanın istədiyi və təzyiqi ilə hər hansı sülh sazişinə imza atmayacaq. O qeyd edib ki, Ermənistan böyük məmuniyyətlə Azərbaycanla sülh sazişi imzalamağa hazırdır, lakin bunun üçün şərtləri var. “Əsas şərt odur ki, rəsmi Bakı Qarabağ xalqının iradəsinə uyğun şəkildə Qarabağın statusunu tanımalıdır. İmzalayacağımız sazişin sennarisi belədir ki, yalnız bundan sonra Azərbaycanın ərazi bütövlüyü tanınacaq”.

Onun sözlərinə görə, ötən il baş vermiş müharibədən sonra regionda yeni reallıq yaranıb. “Bu reallıq Azərbaycanın yenidən aqressiyaya əl atmasına imkan vermir. Bir başqa faktor isə odur ki, Qarabağda artıq rus sülhməramlıları var. Həmçinin Qarabağın status məsələsinin açıq qalmasına dair beynəlxalq konsensus mövcuddur. Azərbaycan hər nə qədər “münaqişə bitib” desə də, problem həllini tapmayıb. Bunu Rusiya da, ATƏT-in Minsk Qrupunun üzvləri də qəbul edirlər”.

Rubinyan “Zəngəzur dəhlizi” məsələsinə də toxunub. “Azərbaycan tərəfi mütəmadi olaraq, “Zəngəzur dəhlizi”ndən danışır. Əminliklə deyirəm ki, Ermənistanın ərazisindən heç bir nəqliyyat dəhlizi açılmayacaq. Dünyada elə bir ölkə yoxdur ki, “Zəngəzur dəhlizi” sözünü işlətsin. Yalnız Türkiyə və Azərbaycandan başqa. 10 noyabr razılaşmasında da bu barədə heç bir söz yoxdur”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button