DünyaManşet

Ermənistanda generalların həbsi başladı: Tonoyanın evində axtarış aparılır, sırada Ohanyan var

Ermənistan Milli Təhlükəsizlik Xirmətinin əməkdaşları keçmiş müdafiə naziri David Tonoyanın evində axtarış aparırlar. JAMAZ.İNFO xəbər verir ki, bu barədə “Hraparak” nəşri xəbər yayıb.

Xəbərdə deyilir ki, axtarışlardan sonra Tonoyan həbs olunacaq.

O da bildirilir ki, hazırda paralel olaraq Ermənistanın aviasiya qoşunlarının keçmiş komandanı  Avetik Muradyan və sabiq Baş Qərargah rəisi Stepan Qalstyanın da evində axtarış aparılır.

“Hraparak” iddia edib ki, həbs olunmağını gözləyənlər sırasında daha iki nəfər var. Onlardan biri Ermənistanın sabiq müdafiə naziri Seyran Ohanyandır. Digəri isə sabiq baş qərargah rəisi Yuri Xaçaturovdur.

Məlumatlara görə, Ermənistan Milli Təhlükəsizlik Xidməti ordu üçün keyfiyyətsiz və işə yaramayan aviasiya silahları və avadanlıqlarının alınması ilə bağlı cinayət işi qaldırıb. Həmin cinayət işində isə sözügedən generalların adları keçir.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button