ManşetSosial

ETSN-in 4 Saylı Regional İdarəsinin rəisi kimin güdazına getdi?

Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev idarə rəisini tutduğu vəzifədən azad edib. JAMAZ.İNFO xəbər verir ki, nazir Muxtar Babayevin əmri ilə 4 saylı Ekologiya və Təbii Sərvətləri İdarəsinin rəisi Mübariz Vəliyev tutduğu vəzifədən azad edilib.

Qeyd edək ki, 4 saylı Ekologiya və Təbii Sərvətləri İdarəsi Sumqayıtda yerləşir. İdarə Xızı, Abşeron, Qobustan rayonlarını və Sumqayıtı şəhərini əhatə edir. M.Vəliyev isə 2016-cı ildən bu vəzifəni tuturdu.

JAMAZ.İNFO-nun araşdırmasına görə, Mübariz Vəliyevin idarə rəisi olmasında Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovun rolu olub. Həm yaxın dost, həm də qapıbir qonşu olan icra başçısı ilə idarə rəisinin adları Sumqayıtda bir çox yaşıllıqların məhv edilməsində hallanıb.

Əldə etdiyimiz məlumata görə, elə Vəliyevin işdən çıxarılmasının baiskarı da Fərəcov olub. Belə ki, icra başçısı idarə rəisindən Sumqayıtdakı yaşıllıq sahələrindən birindəki ağacların kəsilməsini xahiş edib. Mübariz Vəliyev də onun sözünü yerə salmayıb və həmin yaşıllığn məhvini elə Fərəcovun bacısı oğluna həvalə edib.

Qeyd edilir ki, həmin yaşıllığın yerində Zakir Fərəcov özünə obyekt inşa etdirib. Və yaşıllıqların məhv edilməsi məsələsi isə əhali tərəfindən narazılıqla qarşılanıb və qalmaqala səbəb olub. Hətta tanınmış jurnalistlərdən biri bununla bağlı videogörüntü paylaşaraq, Sumqayıtda yaşıllıqların obyekt tikintisinə qurban verildiyini bildirmişdi. Məsələ böyüdükdən sonra ETSN araşdırma aparıb və məlum olub ki, təkcə, həmin ərazidə deyil, həmçinin digər sahələrdə də yaşıllıqlar məhv edilib. Nəticədə, Mübariz Vəliyevin işdən çıxarılması qərarlaşdırılıb.

Yazıda adı keçən şəxslərin də mövqeyini dərc etməyə hazırıq.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button