DünyaManşet

“Eurovizion”da narkotik qalmaqalı: İtaliyanın qələbəsi əlindən alına bilər

Dünən Hollandiyada düzənlənən 65-ci “Eurovizion -2021” Musiqi Müsabiqəsində qalmaqal yaşanıb. JAMAZ.İNFO xəbər verir ki, qalmaqalın hədəfi müasbiqədə “Zitti E Buoni” adlı mahnısıyla qalibi olan İtaliyanın “Maneskin” rok qrupudur.

Qeyd edək ki, 524 xalla birinci olan “Maneskin”in üzvlərindən biri kameralara qəribə vəziyyətdə yaxalanıb. İddalara görə, masadakı içki şüşələrinin arxasında əyilən qrup üzvlərindən biri narkotik vasitədən istifadə edib.

Hollandiya mətbuatı iddia edib ki, müasbiqənin qalibi olan qrupun baş solisti narkotik maddədən istifadə edib. Lakin baş solist iddiaları yalanlayıb. “Eurovision 2021” Musiqi Müsabiqəsinin jürisi isə iddiaları dəqiqləşdirmək üçün bu həftə içində araşdırmalara başlayacaqlarını bəyan ediblər.

Müşahidəçilərin qənaətinə görə, əgər İtaliya rok qrupu barədə irəli sürülən iddialar təsdiqlənərsə, onların qələbəsi əllərindən alınacaq. Qalib isə ikinci sırada qərarlaşmış ölkə olacaq.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button