GündəmManşet

Fransadan həyasız addım: Prezidentliyə namizəd Xankəndinə gəlib

Fransada 2022-ci ildə keçiriləcək prezident seçkiləri ilə əlaqədar təbliğat işləri artıq başlayıb. Lakin namizədlərin bir çoxu təbliğat aparmaq üçün Fransa ilə Azərbaycanı səhv salıblar.  

JAMAZ.İNFO xəbər verir ki, həmin namizədlərdən biri olan, Fransa Respublikaçılar Partiyasının lideri Valeri Pekress İrəvanda keçirdiyi görüşlərdən sonra Qarabağa səfər edib. Pekress orada separatçıların nümayəndələri ilə görüşüb, müzakirələr aparıb.

Qeyd edək ki, Pekresin Azərbaycan tərəfindən icazə almadan Xankəndinə getməsi qətiyyən qəbul edilən deyil. Digər tərəfdən, əgər seçki Fransada keçiriləcəksə namizədin Azərbaycan torpaqlarında nə işi var? Məgər Qarabağda fransız vətəndaşlar və ya seçicilər yaşayırmı ki, Pekress də durub ora gedib?

Bəli, aydın məsələdir ki, Fransada çoxlu sayda erməni yaşayır və onların güclü diasporu var. Prezidentliyə namizədlər də həmin ermənilərin səslərini almağa çalışırlar. Elə ona görə də, özlərini şirin sataraq, Ermənistana səfər edir, Qarabağdakı separatçılarla görüşürlər ki, Fransadakı ermənilərin səsini qazansınlar.

Maraqlıdır ki, rəsmi Bakı bu məsələyə heç bir reaksiya verməyib. Azərbaycan XİN-i bununla bağlı bəyanat yaymaqla yanaşı, rəsmi Bakı da öz növbəsində rus sülhməramlılarının qarşısında qəti tələb qoymalıdır ki, onun icazəsi olmadan Qarabağa kənar şəxslər buraxılmasın.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button