GündəmManşet

Gecə Qarabağda yenə atışma olub

Bu gecə Qarabağda yenə güllə səsləri eşidilib. JAMAZ.İNFO xəbər verir ki, Xocalı rayonunun Harovlu kəndi istiqamətində yerləşən mövqelərimiz erməni separatçıları tərəfindən atəşə tutulub.

Həmin kənddəki “icma rəhbəri” Qeqam Stepanyan deyib ki, intensiv olmasa da, atışma səsləri eşidiblər. “Hava dumanlı olduğundan kimin atəş açdığını müəyyən etmək çətindir. Lakin kəndə bir güllə də düşməyib. Yəqin, kəndin yaxınlığındakı postlara atırlar”.

Qarabağdakı separatçılar isə bu gün səhər saatlarında məlumat yayıblar ki, Harovlu kəndi istiqamətində heç bir atışma baş verməyib.

Qeyd edək ki, son bir həftədir Qarabağdakı erməni separatçıları Azərbaycan Ordusuna qarşı müxtəlif təxribatlara əl atırlar. Bir neçə gün əvvəl Xocavənd istiqamətindəki mövqelərimizin snayper tüfəngi ilə atəşə tutulması nəticəsində bir əsgərimiz Şəhid olub. Bundan başqa, dünən ermənilər Təcili Tibbi Yardım maşını ilə silahlı dəstələr daşıyaraq, Ağdərə istiqamətində təxribat etməyə cəhd göstəriblər. Lakin Ordumuz tərəfindən bunun qarşısı alınıb.

Eyni zamanda, Xocavənd, Xocalı və Ağdərə istiqamətində oktabrın 14-ü gecə saatlarında da ermənilər Azərbaycan Ordusunun mövqelərini atəşə tutublar. Bunun da ağır nəticəsi ilə üzləşiblıər. Rəsmi məlumatlara görə, 6 erməni terrorçu yaralanıb. Onlardan birinin vəziyyəti ağırdır.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button