İqtisadiyyatManşet

Gömrükdə əməliyyat: Hava Limanında bir neçə vəzifəli gömrükçü saxlanılıb

Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin İnformasiya-kommunikasiya şöbəsinin rəisi Bəhruz Məmmədyarov, Gömrük prosedurları və maliyyə şöbəsinin rəis müavini Namazi Orucov, prosedurlar və maliyyə şöbəsinin rəis müavini Elnur Quliyev, yük inspektoru Cavid Abbasov, Karqo Terminalın post rəisi Rövşən Mahmudov, gömrük deklarantı İsmayıl adlı şəxs DGK-nın Əməliyyat və İstintaq Baş İdarəsi əməkdaşları tərəfindən rüşvət alma məlumatı ilə əlaqədar saxlanılıblar. JAMAZ.İNFO xəbər verir ki, bu barədə məlumatı jurnalist Həbib Müntəzir yayıb.

O bildirib ki, mətbuatda bu barədə xəbər getsə də, işin üstünü bağlamaq üçün, generallar işə əl atıblar və yazıları saytlardan sildiriblər. Onun sözlərinə görə, saxlanılanlardan İsmayıl adlı şəxs Gömrük İdarəsində şöbə rəisi Ədalət Mehdiyevin bacısı oğludur. “Hər ikisi də Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin rəisi Mehman Sadıqovun qohum və yaxınlarıdır. Bəhruz Məmmədyarov isə Sumqayıt Baş Gömrük İdarəsi rəis müavininin oğludur”.

Qeyd edək ki, DGK haqqında belə məlumatlar həmişə olub. İndiyə qədər Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin də komitədə əməliyyat keçirdiyi və bir neçə nəfəri saxladığı bildirilib. Lakin həmin şəxslər məhkəmə yolu ilə azadlığa çıxıblar. Bunun necə baş verməsini izah etməyə isə gərək yoxdur. Çünki sözügedən komitədə çalışanların böyük əksəriyyəti hansısas vəzifəli şəxsin qohumları və yaxınlarıdır. Onların həbs edilməsi isə həmin qohum və yaxınların nüfuzuna və mövqeyinə xələl gətirər deyə, onları azad etdirmək üçün bütün imkanlarından istifadə edirlər.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button