ManşetSiyasət

Gorusun bələdiyyə sədri: “Biz Azərbaycan hərbçilərinin ovucunun içindəyik”

“Azərbaycan Ordusu ilk gündən orada məskunlaşdılar. Yadınızdadırsa, Gorusda Aruş Aruşanyanın dəstəsi ilə o dağ uğrunda döyüşürdük. Amma davam etməyə imkan vermədilər”. JAMAZ.İNFO xəbər verir ki, bunu Gorus Bələdiyyəsinin başçısı Karen Köçəryan deyib.

O bildirib ki, Azərbaycan Ordusu may ayından sonra yerləşdiyi bütün ərazilərdə möhkəmləniblər. “Onlar özlərinə bina da tikiblər. Mən bilmirəm, niyə biz tikinti işləri aparmırıq. Qışda oğlanlarımızı görmək üçün yolları belə təmir etmirik”.

Koçaryan deyib ki, Azərbaycan əsgəri Qaçal dağında yerləşib, bütün əraziyə nəzarət edir. “Ermənistanda onlar kimi yollar çəkmirlər”.

Gorus bələdiyyəsinin sədri Ermənistan Müdafiə Nazirliyinin “sərhəddə istehkam işlərinin aparılmasına imkan vermirik” açıqlamasına cavab olaraq deyib ki, rəsmi qurumlar yalan danışır. “Oraya yaxınlaşın və hər şeyi özünüz görəcəksiniz. Azərbaycan hərbçiləri orada müdafiə istehkamları tikib”.

Koçaryan sonda deyib ki, onlar artıq həmin ərazilərdən əllərini üzüblər. Onun sözlərinə görə, hətta istəsələr belə sərhəddəki ərazilərə erməniləri buraxmayacaqlar. “Biz bir daha oralara gedə bilməyəcəyik. Bizi ora heç buraxmayacaqlar da. Azərbaycan Ordusu orada elə güclü şəkildə yerləşib ki, onları oradan çıxarmaq mümkün deyil”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button