ManşetÖlkə içi

Həbçilərimiz Xəzinəvarda daha bir mövqe dəqiqləşdirməsi aparıblar: “Dedilər ki, “4-cü briqada” ərazisi də bizimdir”

“Hazırda azərbaycanlılar nəzarətlərində olan Xəzinəvar kəndi yaxınlığındakı təpələrdə istehkam işləri aparır, texniki vasitələrdən istifadə edirlər”. JAMAZ.İNFO xəbər verir ki, bunu adıçəkilən kəndin keçmiş meri Varo Qriqoryan deyib.

Onun sözlərinə görə, kənddən Azərbaycan tərəfinin konkret nə işlə məşğul olduqları görünmür. “Lakin keçən yaydan bəri hərəkətlilikdir. Onlar təpədə olduqları üçün bizə yaxınlaşa bilmirlər, amma uzun müddətdir ki, səngərlərini möhkəmləndirirlər”.

Qriqoryan deyib ki, Ermənistan tərəfinin “qoşunların geri çəkilməsi” təklifi absurrdur. ““Deyirlər ki, qoşunlar geri çəkilsin. Yəni bizimkilər geri çəkilsə, onlar da eyni şeyi eləsinlər. Əgər geri qayıdacaqdırlarsa, indiyə qədər niyə bunu etməyiblər?”

Xəzinəvarın keçmiş meri qeyd edib ki, hazırda Azərbaycan Ordusunun qərarlaşdığı ərazilər bir zamanlar onların otlaq sahələri olub. “Keçmiş ərazilərində otlaqlar, əkin yerləri, çəmənliklər var idi. Onlar gəlib dedilər ki, bizimdir. İndiyədək heyvanları yemləmək üçün yerimiz yoxdur. 250 hektar ərazi onların nəzarətindədir, nə onlar istifadə edir, becərirlər, nə də biz. Kənd üç tərəfdən Azərbaycan Ordusu tərəfindən əhatə olunub, yarımadaya bənzəyir. Allah eləməsin, amma nə vaxt istəsələr, kəndi mühasirəyə alıb, götürə bilərlər. Kənddən bir yol çıxır, o da onların mövqelərinin altından keçir. Müşahidə məntəqəsi birbaşa dağın başındadır. Oradan kəndə məsafə 500-600 metrdir”.

Qriqoryan vurğulayıb ki, Xəzinəvarda hələ sovet zamanı “4-cü briqada” deyilən ərazi olub. “Azərbaycan tərəfi bir neçə gün əvvəl gəlib dedilər ki, həmin ərazi də onlarındır. Bilmirəm necə olacaq”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button