GündəmManşet

Hər iki müharibədə nə qədər erməni itkin düşüb?  

Azərbaycan və Ermənistan arasında 30 ildən çoxdur davam edən müharibədə itkinlərin sayı məsələsi müzakirə mövzusu olaraq qalır. JAMAZ.İNFO xəbər verir ki, Birinci və İkinci Qarabağ müharibəsində hər iki tərəfdən xeyli sayda itkin və girovların olduğu təsdiqlənmiş məsələdir.

Rəqəmlərə gəldikdə isə Azərbaycan tərəfi Birinci Qarabağ savaşında 4000 nəfər mülki vətəndaşının və həbçisinin girov və itkin düşdüyünü bəyan edib. İkinci Qarabağ savaşında isə bu rəqəm 7 nəfəri təşkil edir. Onların hamısı hərbi qulluqçulardır. Belə ki, itkin düşmüş hərbçilərimizin nəşlərini axtarmaq üçün hazırda da tədbirlər görülür.

Onu da bildirək ki, Azərbaycan tərəfi Ermənistanın girov götürdüyü 4000 vətəndaşımızla bağlı məsələni mütəmadi olaraq müzakirəyə çıxarır. Lakin erməni tərəfi hər dəfə bu barədə məlumatlarının olmadığını, həmin əsir və girovların Ermənistana gətirilmədiyini iddia edirlər. Hərçənd ara-sıra erməni tərəfi Qarabağda kütləvi şəkildə dəfn edilmiş məzarlıqların yerini Azərbaycan tərəfinə bildirir. Elə bu səbəbdəndir ki, müharibədən bir qədər sonra Şuşa şəhəri yaxınlığında 7 hərbçimizin dəfn olunduğu yer müəyyən edilərək, şəxsiyyətləri müəyyən edilməklə, ailələrinə təhvil verilib.

Ermənistan tərəfinə gəldikdə isə onlar bildirirlər ki, Birinci Qarabağ müharibəsi zamanı itkinlərin sayı 1500 nəfər təşkil edir. İkinci Qarabağ müharibəsində isə itkiləri 5000 nəfərdən çox olan ermənilərin, hazırda 1200-ə yaxın itkinlərinin olduğu deyilir. Düzdür, bu rəqəm rəsmi deyil. Lakin Beynəlxalq Qırmızı Xaç Cəmiyyətinə edilən müraciətlər əsnasında ortaya çıxan rəqəmi ifadə edir.

Qeyd edək ki, müharibənin bitməsindən 1 ildən çox vaxt keçməsinə baxmayaraq, erməni tərəfi Qarabağda hələ də hərbçilərinin meyitlərini axtarır. İndiyə qədər döyüş meydanlarından 1709 erməni hərbçinin meyiti tapılaraq, ailələrinə verilib. Daha 1200 nəfərin axtarışları isə davam edir.

Bu rəqəmlərə istinad etsək belə anlaşıla bilər ki, hər iki müharibədə itkin düşən ermənilərin toplam sayı 2700 nəfər təşkil edir. Lakin İrəvan mediası iddia edir ki, bu rəqəm yekun deyil. Əksinə, az göstərlib. Onların məlumatlarına əsasən Birinci və İkinci Qarabağ savaşlarında itkin düşən ermənilərin sayı 3500 nəfərdən çoxdur. Onlar bunu belə əsaslandırırlar ki, bəzi itkinlər qeydə alınmayıb.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button