GündəmManşet

Şuşa yaxınlığında əməliyyat: Kəndlərdən biri düşməndən təmizlənib- Bir terrorçu öldürülüb

Dekabrın 5-də Qarabağdakı qanunsuz erməni silahlı dəstələrinin üzvü Qor Martirosyanın müəmmalı şəkildə başından güllə yarası alaraq, öldüyü barədə məlumat yayılmışdı. JAMAZ.İNFO xəbər verir ki, bu gün həmin hadisənin təfərrüatları açıqlanıb.

Belə ki, Qarabağdakı qondarma “İstintaq Komitəsi”nin nümayəndəsi Vardan Tadosyan bildirib ki, Martirosyan həmin gün Şuşa şəhərinin yaxınlığındakı kəndlərdən birində, keçmiş “Noyan Tapan” adlı keçmiş hotelin yaxınlığında Azərbaycan Ordusunun əsgərləri ilə qarşılaşıb. O deyib ki, həmin vaxt ölən erməni ilə terrorçu dəstənin daha bir üzvü ərazidə müşahidə aparırmışlar. “Şuşa şəhərinin altında müşahidə aparırmışlar. Orada Azərbaycan əsgərlərini görəndə dayanıblar. Martirosyanın yanında olan dostu oradan uzaqlaşmağı zəruri bilib. Lakin Martirosyan bununla razılaşmayıb və onunla getməkdən imtina edib”.

Tadosyan qeyd edib ki, onlar konkret olaraq tərəflərdən hansı birinin ilk atəş açdığını bilmirlər. “Bizə məlum olan odur ki, Qor Martirosyan başından güllə yarası alıb. Ya Azərbaycan hərbçiləri kifayət qədər yaxın məsafədən atəş açıb, ya da o, snayper atəşindən dünyasını dəyişib. Azərbaycan hərbçilərinin neytral ərazidə görünməsi sürpriz olub. Çünki Azərbaycan Silahlı Qüvvələrinin mövqeyi ilə həmin ərazi arasında məsafə kifayət qədər uzaqdadır. Adətən, həmin mövqelərə enmirlər”.

Separatçıların nümayəndəsi qeyd edib ki, Şuşanın altındakı həmin kənddə artıq Azərbaycan hərbçiləri yerləşməyə başlayıblar. Onun sözlərinə görə, noyabrın 5-dən başlayaraq, bu istiqamətdə fəaliyyətə başlayıblar. “Bu barədə rus sülhməramlılarına müraciət etmişik. Lakin heç bir tədbir görmürlər. Həmin ərazidə bizim müdafiə mövqelərimiz var idi. Artıq həmin mövqelərə gedə bilmirik”.

Lakin Tadosyan Şuşanın yaxınlığındakı həmin kəndin adını çəkməyib. Həmin kəndin adını dəqiqləşdirməyə çalışırıq.

Bildirək ki, Azərbaycan Müdafiə Nazirliyi bu barədə hər hansı bir açıqlama yaymayıb. Eyni zamanda, Tadosyanın dediklərindən aydın olur ki, Qor Martirosyan Azərbaycan əsgərlərinə atəş açdıqdan sonra cavab olaraq, zərərsizləşdirilib.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button