ManşetSiyasət

Hərbi ekspert: “Ermənilər yaxın perspektivdə yenidən müharibəyə başlayacaq”

44 günlük Vətən Müharibəsi başa çatsa da, xaricdə prosesin bitmədiyi düşüncəsində olanlar az deyil. Xüsusən hərbi ekspertlər o düşüncədədirlər ki, ermənilər məğlubiyyətləri ilə barışmayacaqlar. JAMAZ.İNFO xəbər verir ki, revanş arzusunda olan erməni siyasətçilərin sayı da az deyil. Prosesin bundan sonra hansı şəkil alacağı, ermənilərin yenidən müharibə eşqinə düşüb-düşməyəcəyi məlum deyil. Amma riskin olduğu istisna edilmir.

“Qafqaz Strateji Araşırmalar İnstitutu”nun eksperti Vadim Muxanov hesab edir ki, Qarabağa dair əldə edilmiş razılşma Azərbaycanı tam qane edir. Onun sözlərinə görə, rəsmi Bakı işğaldan azad etdiyi torpaqlarda bərpa işlərinə tezliklə start verəcək. “Ermənistanın revanş üçün isə hələlik heç bir resursu yoxdur”.

Qafqazşünas ekspert qeyd edir ki, razılaşmaya bütün bəndləri üzrə əməl olunacaq. “Əgər burada söhbət atəşkəsdən gedirsə, ona tam nail olunub”.

Muxanov Qarabağın bundan sonra statu məsələsi ilə də bağlı fikrini açıqlayıb. O bildirir ki, Xankəndi və daha bir neçə kiçik şəhərə nəzarət edən Qarabağdakı separatçıların “müstəqillik” əldə etmək ümidləri yoxdur. Onun sözlərinə görə, buna səbəb nə Ermənistanın, nə də Azərbaycanın bu əraziləri müstəqil olaraq tanımaması və bundan sonra da tanımayacağıdır. “Bundan sonra necə olacaq? Əhalinin aqibəti barədə qeyri-müəyyən vəziyyət mövcuddur. Razılaşmada bu məsələlərə detallı olaraq heç bir aydınlıq gətirilməyib. Böyük ehtimalla razılaşma başqa məqsəd daşıyıb”.

Muxanov hesab edir ki, Qarabağın status məsələsi bir müddət olduğu kimi qalacaq. “Yaxın dövr üçün proqnozlara diqqət etsək, anlaşmanın Azərbaycanı qane etdiyini görə bilərik. Çünki Bakıya bir sıra problemlərin və məsələlərin həlli lazımdır. Bu sırada işğaldan azad edilmiş torpaqların bərpası, əhalinin oralara köçürülməsi, habelə sosial-iqtisadi məsələlərin yoluna qoyulması daxildir”.

Amma Vadim Muxanov Qarabağda müharibənin yenidən başlayacağını da proqnozlaşdırır. O bildirir ki, Ermənistanın hazırda revanş üçün heç bir imkanı və gücü yoxdur. “Müharibədə məğlub olan Ermənistan daxildə ciddi siyasi böhranla üzləşib. Ona görə də, İrəvanın siyasi elitası ilk olaraq daxili böhranı aradan qaldırmağa çalışır. Bu problemi həll etdikdən sonra Qarabağ məsələsini müzakirə edəcəklər. Çünki bu gün Paşinyan və onun komandasının əsas hədəfi hakimiyyətdə qalmaqdır. Bütün bunlara rəğmən yaxın perspektivdə Qarabağda genişmiqyaslı müharibənin olması qaçılmazdır. Ona görə ki, sabah Ermənistanda hansısa qüvvə hakimiyyətə gəlib, revanş arzusuna düşməyəcəyinə kimsə təminat verə bilməz”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button