ManşetSiyasət

“Habertürk”: “Türkiyə iyun ayına qədər dəhlizin açılmasını istəyir”

“Ankara 20 yanvara qədər Türkiyə-Ermənistan münasibətlərinin normallaşması ilə bağlı komissiya formalaşdıracaq. Hər iki tərəfdən xüsusi nümayəndələr təyin ediləcək. Xüsusi nümayəndə olmaq üçün 7 əsas namizəd var. 2022-ci ilin may ayına qədər əlaqələrin sağlam bir şəkilə salmaq üçün üç mərhələli “yol xəritəsi” hazırlanacaq”. JAMAZ.İNFO xəbər verir ki, bu sözlər “Habertürk” qəzetinin yazarı Çetiner Çetinə məxsusudur.

O deyib ki, İrəvanda bir neçə rəsmi şəxslə söhbət edib. “Onlar heç bir ilkin şərt olmadan Türkiyə ilə əlaqələri bərpa etməyə hazır olduqlarını deyirlər. 15 yanvar tarixindən etibarən bir komissiya və bu məsələdə birbaşa Paşinyanla çalışacaq katiblik formalaşdırlıacaq”.

Tanınmış yazar qeyd edir ki, Ermənistan 20 yanvardan etibarən danışıqlara başlamağa çalışır. “Ankara da bu məsələdə maraqlıdır. Əgər işlər yolunda gedərsə, ilk olaraq çarter reysləri açılacaq. Yəni, mart ayında Ermənistan nəfəs almağa başlayacaq. İrəvan hökumətinin Qarabağ müharibəsindən sonra söz verdiyi Azərbaycan-Naxçıvan-Türkiyə nəqliyyat dəhlizi məsələsi də masada müzakirə olunacaq. Ankara may-iyun aylarına kimi, dəhlizin açılmasını istəyir”.

Çətinər bildirir ki, üçüncü mərhələ iqtisadi əlaqələrdir. Onun sözlərinə görə, bununla bağlı iyul ayında ciddi addımların atılacağı gözlənilir.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button