ManşetSosial

İcra başçısının “bunlar köhnə Şəhidlərdir, ziyarətə ehtiyac yoxdur” sözü ortalığı qarışdırdı -ZAQATALADA

Zaqatalada biabırçı hadisə baş verib. JAMAZ.İNFO xəbər verir ki, rayonun icra başçısı Mübariz Əhmədov Şəhidlər arasında ayrı-seçkilik etdiyi üçün narazılıq yaranıb.
Belə ki, Əhmədov və Zaqatala İcra Hakimiyyətinin rəsmiləri Novruz Bayramı ilə əlaqədar rayondakı 44 günlük Qarabağ müharibəsi zamanı Şəhid olmuş qəhrəmanlarımızın ailələrinə baş çəkərək, onların məzarlarını ziyarət ediblər. Qalmaqala səbəb isə icra başçısının bir neçə kənddə qəbristanlıqda söylədiyi sözlər olub. Şəhid ailələrindən JAMAZ.İNFO-ya verilən məlumata görə, icra başçısı məzarlıqda olarkən, müavinlərindən biri ona Birinci Qarabağ müharibəsi zamanı Şəhid olmuş qəhrəmanlarımızın da məzarlarını ziyarət etməyi, onlar üçün dua oxunmasını təklif edib. Mübariz Əhmədov isə həmin təklifə qarşılıq olaraq “Onlar köhnə Şəhidlərdir, ziyarətlərinə ehtiyac yoxdur” deyə bildirib. Onun işlətdiyi bu sözlərdən sonra qəbrisranlıqda olan Şəhid ailələri narazılıq ediblər. İcra başçısını Şəhidlər arasında ayrı-seçkilik etməsinə görə qınayıblar.
Bu hadisədən sonra söhbət bütün rayona yayılıb və Birinci Qarabağ savaşında digər Şəhid olanların da ailələri icra başçısına etiraz ediblər. Onlar birlikdə dövlət başçısına Şəhidlər arasında ayrı-seçkilik edən icra başçısı ilə bağlı ölçü götürülməsi barədə müraciət edəcəklərini bildiriblər.

Xatırladaq ki, Zaqatalanın icra başçısı Mübariz Əhmədov Su Meliorasiya Təsərrüfatı ASC-nin rəhbəri Əhməd Əhmədzadənin qardaşıdır.

Qarşı tərəfin də mövqeyinindərc etməyə hazırıq.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button