ManşetSosial

İcra başçısının müavini kəndlilərin 22 500 manatlıq malını alıb, pulunu vermir – Göyçayda

Bir qrup Göçay rayon sakinləri İcra Hakimiyyəti başçısının 1-ci müavini İkram Vəliyevdən şikayətçi düşüblər. JAMAZ.İNFO-ya müraciət edən Kərimov İlyas Baxış oğlu, Səmədov Saleh Yaqub oğlu, Əmrahov Rəhman Qədir oğlu, Şıxəliyev Aqil İxtiyar oğlu və Şıxəliyev Elçin İnqilab oğlu bildiriblər ki, icra başçısının müavini ilə qardaşı oğlu Sabir Vəliyev əlbir olaraq, onları aldadıb.

Belə ki, sözügedən məmur və qardaşı oğlu Göçya sakinlərini aldadaraq, həyətlərində yetişdirdikləri məhsulu alaraq, başqa şəxsə satıblar. Pulunu isə verməyiblər. “Biz həyətimizin məhsulu olan xurma meyvəsini icra başçısının müavini İkram Vəliyevin tapşırığı əsasında, onun qardaşı oğlu Sabir Vəliyevə yığb, vermişik. Sabir Vəliyev həmin xurma məhsulunu Əli adlı Biləsuvar sakininə nəgd pula satsa da, bizim pulumuzu indiyə qədər ödəməyib. Hansı ki, Əli adlı Biləsuvar sakini bizə bildirdi ki, mən Sabir Vəliyevə nəgd pul vermişəm.Təkcə bu mövsümdə onlardan 700.000 manatlıq məhsulu nəgd pula almışam”.

Şikayətçilər bildirir ki, nə icra başçısının müavini, nə də onun qardaşı oğlu pulu vermək istəmir. “İkram Vəliyev bu işdə şərik olmadığını utanmadan, yalandan bizə bildirir. Həttda İkram Vəliyev meyvə tədarükü üçün Göyçay rayonunun Qarabaqqal kəndində özünə böyük bir anbar alıb”.

Göyçay sakinləri bildirir ki, İkram Vəliyev və Sabir Vəliyev İlyas Kərimovun 7950 manatını, Saleh Səmədovun 4350 manatını, Rəhman Əmrahovun 1000 manatını, Aqil Şıxaəliyevin 4500 manatını, Elçin Şıxəliyevin isə 3700 manatını verməkdən imtina edir. “Biz kasıb, işsiz kənd sakinləri gözümüzü bir il ərzində bu məhsulu satıb, əldə etdiyimizi pula dikmişdik. Həmin pulla biz ailəmizi dolandırıb, acından ölmürdük. İndi isə icra başçısının 1-ci müavini İkram Vəliyev və onun qardaşı oğlu Sabir Vəliyevin dələduzluğuna görə aclığa məhkum olmuşuq”.

JAMAZ.İNFO-ya müraciət edənlər qeyd edir ki, İkram Vəliyev və qardaşı oğlu Sabir Vəliyevə kiminsə bir manat borcu ola bilməz. “Onlara borcu olan Potu kənd sakininin evini və avtomobilini pul əvəzinə əlindən alıblar”.

Bundan başqa, Sabir Vəliyevin atası da vəzifə başındadır. Belə ki, Rafael Vəliyev Göyçay rayon, Ləkçıplaq kənd icra nümayəndəsinin müavini vəzifəsində işləyir.

Şikayətçilər media vasitəsi ilə müvafiq qurumlara müraciət edərək, icra başçısının birinci müavini İkram Vəliyevin və qardaşı oğlundan onların pullarının alınmasını xahiş edirlər. Əks təqdirdə, bu hadisəyə etiraz olaraq aclıq aksiyasına başlamağı qərara alıblar.

Yazıda adı keçən Vəliyevlərin məsələyə münasibətini öyrənə bilmədik. Onların da mövqeyini dərc etməyə hazırıq.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button