ManşetSosial

İqtisad Universitetində etiraz edənləri hədələyirlər – ŞİKAYƏT

İqtisad Universitetində (UNEC) daha bir arzuolunmaz hal baş verib. JAMAZ.İNFO xəbər verir ki, bu barədə “Tələbə Güc Mərkəzi” məlumat yayıb.

Mərkəzə müraciət edən tələbələrdən biri bildirib ki, universitetdə etiraz edən şəxslər və onların valideynləri təhdid olunurlar. Həmin şikayət məktubunda qeyd olunur: “UNEC-də etiraz edən və dərslərə girməyən tələbələrin valideynlərinə zəng edilib, təhdid olunur. Tələbələri hüquq-mühafizə orqanlarına şikayət edəcəklərini (hətta etdiklərini), universitetdən qovacaqlarını bildirirlər.  Yazdığım hadisə Mühəndislik fakültəsinin dekan müavini Elçin Səmədov tərəfindən şəxsən həyata keçirilmişdir”.

Şikayətçi bildirir ki, universitet rəhbərliyi xüsusilə qız tələbələrin valideynlərinə şikayət edirlər.

Xatırladaq ki, Azərbaycan Dövlət İqtisad Universiteti semestr imtahanları ilə bağlı qərar qəbul edib. Həmin qərara əsasən imtahan sualları tələbələrə verilməyəcək və bunu da distant tədrisdə keyfiyyətin artırılması ilə əsaslandırıb. Bundan əvvəl isə elektrik problemləri ilə bağlı dərslərə qoşula bilməyən tələbələrdən “Azərişıq”dan bununla bağlı arayış almasını tələb etmişdilər. Tələbə Güc Mərkəzi isə Azərbaycan Dövlət İqtisad Universitetindən nəzərdə tutulan test imtahanlarının sual və cavabları tələbələrə verilməsini, texniki problemlərə görə dərslərə qoşulmayan tələbələrdən arayış istənilməsi kimi absurd tələblərin ləğvini və qayıb limitinin ləğv edilməsini tələb edib.

Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq. 

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button