CəmiyyətManşet

İrəvan itkilərini açıqladı: 44 gündə Qarabağda 3439 erməni əsgəri ölüb

Qarabağda döyüş meydanından 3439 hərbçinin cəsədi çıxarılıb. Bu barədə Ermənistan baş nazirinin 1-ci müavini Tiqran Avinyan açıqlama verib.
Avinyan həmin hərbçilərin 766-sının şəxsiyyətinin müəyyən olunmadığını, bunun üçün DNT testləri aparıldığını əlavə edib. Baş nazirin müavini yüzlərlə itkin düşmüş hərbi qulluqçunun olduğunu da əlavə edib. “Hazırda ölən və itkin düşəmnlərlə bağlı konkret rəqəm söyləyə bilmərəm. Konkret rəqəm olanda Müdafiə Nazirliyinin hesabatında açıqlanacaq. Amma deyə bilərəm ki, bu rəqəm 4 mini keçməyəcək”.
modern.az
P.S. Bildirək ki, bu İrəvanın açıqladığı rəsmi rəqəmlərdir. Lakin Ermənistan müxalifəti Paşinyan hökumətinin açıqladığı rəqəmlərin doğru olmadığını, itkilərin daha çox olduğunu qeyd edir. Onlar bəyan edirlər ki, Qarabağda 44 günlük müharibə zamanı Ermənistan tərəfi ən azı 4500 əsgər itirib. Yaralıların sayının isə 10 minlə 15 min nəfər arasında dəyişdiyini qeyd edirlər.  

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button