ManşetÖlkə içi

İran da “3+3” formatına qoşulduğunu açıqladı: “Türkiyənin daxil olduğu platformanı dəstəkləyirik”

İranın xarici işlər naziri Əmir Abdullahyan bu gün Azərbaycanın XİN başçısı Ceyhun Bayramovla telefonla danışıb. JAMAZ.İNFO xəbər verir ki, rəsmi Tehran 1 ildir təkllif edilmiş məsələyə dəstək verdiklərini açıqlayıb.

İran XİN başçısı bildirib ki,  Tehran və Bakı qardaşlıq və yaxın əlaqələrə malikdir. “Son zamanlıar bəzi yanlış anlaşılmalarla yanaşı, bizim dostyana münasibətlərimizi gözü götürməyən bəzi qüvvələr hərəkətə keçərək, bu əlaqələrə zərər vurmağa çalışdı. Məhz hər iki ölkə rəhbərlərinin müdrikliyi sayəsində bu əngəlləri aşmağı bacardıq. Hal hazırda iki ölkə olaraq, qarşılıqlı işbirliyini daha da genişləndirmək üçün addımlar ata bilərik”.

Abdullahiyan qeyd edib ki, İran Türkiyənin də daxil olduğu və regionun problemlərini aradan qaldırmaq üçün təklif olunmuş 3+3 formatıa qoşulmaqla bağlı keçirilən görüşlər və aparılan müzakirələri güclü bir şəkildə dəstəkləyir. “İran bölgənin problemlərinin bölgə içində aradan qaldırlacağına inanır. Türkiyənin də daxil olduğu 3+3 formatını güclü bir şəkildə dəstəkləyirik”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button