ManşetSosial

İran Naxçıvana təbii qaz verilişini dayandırıb

Xəbər verildiyi kimi, dünəndən Naxçıvanda təbii qaz sıxıntısı yaranıb. JAMAZ.İNFO xəbər verir ki, buna səbəb İrandan Muxtar Respublikaya verilən qazın dayandırılmasıdır.

MR rəhbərliyinin göstərişinə əsasən dövlət idarələrinin qıszıdırlmasında istifadə etdiyi “mavi yanacağ”ın verilişi dayandırılıb. Yalnız əhalinin evlərini qızdırması üçün qazın verilişi məhdudlaşdırılmayıb. Məlumata görə, hazırda Naxçıvanda ehtiyatdakı yanacaqdan istifadə olunur.

İran tərəfindən bununla bağlı gələn xəbərlərdə məsələnin texniki olduğu deyilir. JAMAZ.İNFO bildirir ki, qonşu ölkənin neft naziri Cavad Oci bildirib ki, bir neçə gün əvvəl Azərbaycanın baş nazirinin müavini Şahin Mustafayevlə görüşüb. “Azərbaycan baş nazirinin müavini Şahin Mustafayevlə görüşümüz oldu. Bir sıra məsələləri müzakirə etdik və bəzi razılaşmalar əldə edildi. Bizim Azərbaycanla yaxşı əməkdaşlıq imkanlarımız var. Bundan sonra da Azərbaycanla təbii qaz mübadiləsi həyata keçirəcəyik. Biz Naxçıvanı, Azərbaycan isə bizim şimal məntəqələrimizin bir qismini qazla təmin edəcək. Bundan başqa, Xəzər dənizində neft-qaz yataqlarının birgə işlənilməsi məsələsində də razılıq əldə olunub”.

Baş verənlərdən belə anlaşılır ki, İran tərəfi müqavilə müddəti bitməsi və ya texniki səbəbdən Naxçıvana qazın verilməsini dayandırıb. Lakin iki ölkə arasında olam müqaviləyə əsasən Azərbaycan İranın sərhədyanı məntəqələrini, İran isə Naxçıvanı təbii qazla təmin etməlidir. Bununla bağlı müqavilənin isə hər il yeniləndiyi dəqiqdir.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button