GündəmManşet

İranın nəqliyyat naziri: “Yanmış körpüləri” bərpa etmək çətin olacaq”

İranın nəqliyyat və şəhərsalma naziri Rüstam Qasemi Ermənistanla birgə infrastruktur layihələrinin bölgənin tranzit xəritəsini dəyişdirəcəyini bəyan edib. JAMAZ.İNFO xəbər verir ki, bu barədə nazir Twitter -dəki mikrobloqunda yazıb.

O deyib: “Nazir müavinlərinə həvalə edilən xüsusi missiya sayəsində Qafqaz dəhlizi və Norduzdan Ermənistana gedən yol problemi həll olunacaq və tezliklə bu bölgənin tranzit xəritəsi tamamilə dəyişdiriləcək. Problem yaradanların bilməlidirlər ki, İrana gedən yolu bağlaya bilməyəcəklə. Eyni zamanda “yanmış körpüləri” bərpa etmək çətin olacaq”.

Qeyd edək ki, nazir bu sözlərini Azərbaycana ünvanlayıb. Çünki Azərbaycan Qarabağa qeyri-qanuni yük daşıyan İrana məxsus yük maşınlarının hərəkətini dayandırıb. Ermənistana yük aparan və Qafan-Gorus yolundan keçən maşınlardan isə qanuna uyğun olaraq, dövlət rüsumu tələb edir.

Bildirək ki, İran bölgədə baş verən son proseslərdən sonra oyundan kənar vəziyyətə düşüb. Bununla bağlı, Tehranın son günlər atdığı addımlar da tutarlı nəticələr verməyib. Ona görə də, İran Ermənistan, Yunanıstan və Bolqarıstanın da iştirak etdiyi Fars Körfəzi-Qara Dəniz-Avropa nəqliyyat xəttini açmaq üçün çalışır. Lakin bu yolun çəkilməsi ən azı 5 ilə yaxın vaxt aparacaq. Üstəlik, 2 milyard dollar xərc tələb edir. Maraqlı ölkələrdən heç biri bu pulu xərcləmək üçün imkanının olmadığını açıqlayıb.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button