AraşdırmaManşet

“İsgəndər” raketləri niyə partlamayıb? – Türk ekspertlər sirri açırlar

Ermənistanın baş naziri Nikol Paşinyan bir müddət əvvəl Qarabağ müharibəsində Rusiya istehsalı olan “İsgəndər” raketlərindən istifadə etdiklərini, lakin onların 90 faizinin partlamadığını bəyan etmişdi. Bu açıqlamasından sonra Ermənistanda ortalıq qarışmış, hazırkı günə qədər də həmin qarışıqlıq davam edir.

JAMAZ.İNFO xəbər verir ki, Paşinyanın açıqlamasına rusların təpkisi daha çox oldu. Çünki “İsgəndər” raketləri hazırda Rusiyanın dünyaya satdığı əsas silahlarından biri hesab olunur. Bu gün həmin silahların partlamaması, işə yaramaması barədə rəyin ortalığa çıxması isə ruslar üçün arzuolunan deyil.

Bu əsnada, türk ekspertlər Paşinyanın sözügedən raketlə bağlı dediklərinin doğru olduğunu bildidirlər. JAMAZ.İNFO xəbər verir ki, türk ekspertlər bildirir ki, “İsgəndər” raketlərinin partlamamasının səbəbi Türkiyənin istehsalı olan REB sistemləridir. Onlar bildiriblər ki, yeni REB sistemləri güclü radioelektron dalğalar buraxaraq, raketlərin uçuş trayektoriyasını dəyişə bilirlər. Onların sözlərinə görə, türklər yeni silahlarını 44 günlük Qarabağ müharibəsində sınaqdan çıxarıblar və uğurlu nəticə əldə ediblər. “Türkiyə istehsalı olan REB-lər ilk dəfə Liviyada sınaqdan keçirilib. Həmin vaxt Həftər ordusu “Scud” tipli raketdən istifadə etmişdi və REB sayəsində raket hədəfə deyil, boş sahəyə düşmüşdü. Düzdür, raket partlamışdı, amma hədəfə dəyməmişdi”.

Rus mətbuatına danışan türk ekspertlər qeyd edirlər ki, belə sistemlər Qarabağ müharibəsində hər iki tərəfdən geniş istifadə olunub. “Əgər diqqətlə araşdırlarsa, aydın olar ki, 44 günlük Qarabağ savaşında hər iki tərəf REB sistemlərindən istifadə ediblər. İstisna deyil ki, Türkiyə istehsalı olan REB-lər raketlərin sistemlərinin işləməsinə mane olublar. Ona görə də, Nikol Paşinyanın “İsgəndərlə” bağlı dedikləri həqiqəti əks etdirir”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button