ManşetSiyasət

İşğaldan azad edilmiş ərazilərimizdə kütləvi məzarlıqlar tapılıb

“Azərbaycanın işğaldan azad etdiyi ərazilərdə bir neçə kütləvi məzarlıq tapılıb”. JAMAZ.İNFO APA-ya istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında xarici işlər naziri Ceyhun Bayramov bildirib.

Bayramov deyib ki, söhbət burada minlərlə insanın qalıqlarından getmir: “Ancaq ən azı bəlli sayda insan qalıqları tapılıb. Azərbaycan qısa müddət ərzində bunları işğaldan azad edilmiş ərazilərdə müəyyən edib tapa bilirdisə, deməli, həmin işləri törətmiş erməni tərəfi də bu barədə çox məlumatlı, bələddir. Ona görə də Ermənistan Xarici İşlər Nazirliyinin itkinlərlə bağlı məntiqsiz izahatların heç bir əsası ola bilməz. Əminik ki, beynəlxalq ictimaiyyət və dünya dövlətləri də bunu qəbul etməyəcək. Azərbaycan tərəfi də bu istiqamətdə fəaliyyətini davam etdirəcək”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button