ManşetSiyasət

“İzvestiya”: “Bakı və İrəvan Naxçıvana quru yolun açılması məsələsində anlaşıb”

Rusiyanın tanınmış “ İzvestiya” nəşri maraqlı iddia ilə çıxış edib. JAMAZ.İNFO qəzetə istinadən xəbər verir ki, Ermənistan və Azərbaycan Rusiyanın köməyi ilə “Zəngəzur dəhlizi” avtomobil yolunu razılaşdırıblar.

Qəzet hökumətdəki mənbələrinə istinadən bildirir ki, magistral Arazçayı boyunca keçəcək. “Azərbaycan və Ermənistan dəmir yolu ilə bağlı çoxdan, keçən ilin payızında razılığa gəliblər. Lakin magistral yol məsələsində uzun müddət fasilə verilib. Bununla belə, iyunun 3-də keçirilən görüşdə baş nazirin müavinləri 6 km-lik hissə istisna olmaqla, gələcək magistralın marşrutu ilə bağlı razılığa gələ biliblər. Həmin 6 km-lik hissə dağlıq ərazidir və rusiyalı mütəxəssislər sadə mühəndislik həlli təklif etmək üçün oradadırlar”.

Həmin məlumata görə, əksəriyyəti qorunub saxlanılan köhnə sovet yollarından istifadə olunacaq. Yalnız Naxçıvan-Ermənistan sərhədinin 6 kilometrlik hissəsində yol yoxdur və onunla bağlı müzakirələr gedir.

Qəzet yazır ki, Bakı bu ilin martında Tehranla İran ərazisindən keçməklə Naxçıvana yolun tikintisi ilə bağlı memorandum imzaladıqdan sonra, Ermənistan tərəfi magistral yolla əlaqədar danışıqlar prosesini sürətləndirib.

 

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button