ManşetÖlkə içi

Kəlbəcərdə gedən döyüşlərdə iki erməni əsgəri ölüb: Atışma davam edir

Xəbər verildiyi kimi, bu gün səhər saatlarında etibarən Ermənistan Kəlbəcər istiqamətində növbəti təxribata əl atıb. JAMAZ.İNFO xəbər verir ki, düşmən artıq üç gündür davamlı olaraq Geqarkunik rayonu istiqamətindən hücumlar təşkil edirlər.

Azərbaycan Müdafiə Nazirliyinin yaydığı məlumatda deyilir ki, Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədinin Basarkeçər rayonu ərazisində əlavə canlı qüvvə və döyüş  texnikası cəmləşdirməklə növbəti təxribata əl atıb. Belə ki, qarşı tərəf dekabrın 10-u saat 12:00-dan etibarən Kəlbəcər rayonu ərazisində  yerləşən Azərbaycan Ordusunun mövqelərini atəş altında saxlamağa cəhd edib. “Bölmələrimiz tərəfindən qısa müddət ərzində görülən cavab tədbirləri nəticəsində qarşı tərəf susdurularaq, onun təxribat xarakterli fəaliyyətləri dayandırılıb. Əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır”.

Ermənistan tərəfi isə baş verən hadisələri öz mənafelərinə uyğun şəkildə yozur ki, bu da gözləniləndir.

Hazırda Kəlbəcər istiqamətində döyüşlərin davam etdiyi, vəziyyətin gərgin olduğu bildirilir. JAMAZ.İNFO baş verənlərlə bağlı bəzi məlumatlar əldə edib. Həmin məlumatlarda deyilir ki, düşmən iki gündür Norabak kəndində yerləşən bütün qüvvələrini ön xəttə çıxarıb. Minatan, qumbaratanlarla yanaşı, zirehli transportyorlardan da istifadə etməklə bir neçə dəfə mövqelərimizə hücum təşkil edib.

Qeyd edilir ki, dünən baş verən atışmada bir əsgərimizin Şəhid olması da qəfil hücumlardan birinin qarşısının alınması zamanı baş verib. Belə ki, postumuza hücum edən düşmən həmin vaxt növbədə olan əsgərimizi snayper tüfənglə vuraraq, Şəhid edib. Bunun ardından Azərbaycan Ordusu cavab tədbirləri görməyə başlayıb. Nəticədə, iki erməni əsgərinin yaralandığı bildirilir. Lakin düşmənin iki əsgərinin də öldüyünə dair məlumatlar var. Erməni mənbələri yerli Müdafiə Nazirliyini məlumatları gizlətməkdə günahlandırır.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button