ManşetÖlkə içi

Keçmiş müdafiə naziri: “İrəvan-Gorus yolu hazırda Azərbaycanın nəzarəti altındadır”

“İrəvan-Gorus avtomobil yolu, faktiki olaraq, Azərbaycanın nəzarəti altındadır”. JAMAZ.İNFO xəbər verir ki, bunu “Hayastan” fraksiyasının rəhbəri, keçmiş müdafiə naziri Seyran Ohanyan deyib.

O deyib ki, bütün bunlar Ermənistan hakimiyyətinin məğlub olması və Azərbaycan Ordusunun Ermənistanla sərhəddə yerləşməsi ilə bağlıdır. “Azərbaycan məğlub olmuş Ermənistana təzyiq etməkdə davam edir. Təcrübə göstərir ki, udan tərəf həmişə uduzana diktə edir”.

Ohanyan bildirib ki, hal hazırda Sünik vilayətində durum çox ağırdır. Onun sözlərinə görə, Qafan-Gorus yolunda gömrük-keçid məntəqəsinin quraşdırılması yeni vəziyyət yaradıb. “Azərbaycan əsgəri İşxanasardan Cermuxa qədər irəliləyib. Nəticədə, bu gün Yerəvan-Gorus avtomobil yolu Azərbaycanın nəzarəti altına keçib”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button