CəmiyyətManşet

Keçmiş müdafiə naziri: “Paşinyan bir gün Zakir Həsənovu komissiyaya üzv etsə, təccəüblənmərəm”

Ermənistanda 44 günlük müharibədəki məğlubiyyəti kimin üzərinə yıxmaq uğrunda qızğın mübarizə gedir. Baş nazir Nikol Paşinyan ordunun bərbad hala salınmasında keçmiş hakimiyyətləri günahlandırır. Hazırda müxalifətdə olan Koçaryan və Sarkisyan tərəfdarları isə Paşinyanın “satıldığını” bəyan edirlər.

JAMAZ.İNFO xəbər verir ki, bununla bağlı bu gün İrəvanda daha bir müzakirə keçirilib. Həmin tədbirdə Ermənistanın sabiq müdafiə naziri Artak Zakaryan çıxışında deyib ki, 44 günlük müharibənin nəticələri və baş verənlərlə bağlı komissiya yaradılmalıdır. “Bir ildir siyasi və ictimai həyatımız tamamilə ağrılı problemlərə yönəlib, onun həlli yolları hələ də tapılmayıb. Və o həllin açarları və mexanizmləri səlahiyyətli orqanların əlində cəmləşib. 2016-cı ilin aprel döyüşləri olmasaydı, mən deyərdim ki, onsuz da bu müharibə baş verməli idi. Lakin aprel savaşından sonra Qarabağ münaqişəsinin sülh yolu ilə həlli üçün bütün imkanlar tükəndi. Nəticədə, müharibəyə hazırlıq prosesi başlandı. Lakin həmin prosesi 2018-ci il hadisələri sıradan çıxardı”.

Zakaryan deyir ki, Ermənistan hökuməti ciddi cəhdlə 44 günlük müharibə ilə bağlı komissiya yaratmaq istəmir. Onun sözlərinə görə, Paşinyan və adamları məğlubiyyətdə Ermənistan ordusunu günahkar çıxarmaq istəyirlər. “Bir gün Zakir Həsənovu komissiyaya daxil etmək qərarına gəlsələr, təəccüblənmərəm. Ona görə ki, hökumət ciddi cəhdlə çalışır ki, müharibədəki məğlubiyyətin günahını Ermənistan ordusu və keçmiş hakimiyyət orqanlarının üzərinə atsın”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button