ManşetSiyasət

“Kommersant”: “Sərhədlıərin delmitasiya ilə bağlı danışıqlar gedir”

“Azərbaycan-Ermənistan sərhəddinin delmitasiya və demarkasiya prosesi çox problemlidir. Bölgədə anklavlar var. Kəndlər var ki, işğal olunduğu deyilir”. JAMAZ.İNFO xəbər verir ki, bunu Rusiya rəsmiləri “Kommersant” qəzetinə açıqlamasında deyib.

Mənbə misal olaraq “David Bek”-Gorus yolunu misal olaraq göstərib. “Orada dolanbaclar var ki, biri Azərbaycanın, digəri Ermənistanın ərazisidir”.

Rus mediasına danışan məmur Kremlin hər iki tərəfə problemi aradan qaldırmaq məsələsində yardım etməyə çalışdığını deyib. Onun sözlərinə görə, proses heç də asan getmir. “İndiyə qədər delmitasiya məsələsində müzakirələr olub. Lakin bu işi həyata keçirmək üçün hər hansı bir komissiya yaradılmayıb”.

“Kommersant”ın məlumatına görə, belə bir komissiyanın yaradılması üçün dövlət rəhbərlərinin iştirakı ilə üçtərəfli görüşün keçirilməsi lazımdır. “Azərbaycan, Ermənistan və Rusiya dövlət rəhbərlərinin görüşü 15 noyabra təyin edilmişdi. Düzdür, bu tarix qətiləşməmişdi. Amma görüş baş tutmadı”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button