GündəmManşet

“Konvoyun gülləbaran edilməsi əladır, Azərbaycana belə cavab vermək lazımdır”

Dünən Suqovuşandan Kəlbəcərə yük daşıyan hərbi konvoyumuz erməni silahlıları tərəfindən atəşə tutulub. Azərbaycan Müdafiə Nazirliyi bununla bağlı açıqlama yayaraq, hadisə nəticəsində hərbçilərimizin xəsrət almadığını, yalnız avtomobillərə zərər dəydiyini bildirib.

JAMAZ.İNFO xəbər verir ki, erməni nəşrləri məsələ ilə bağlı məlumat yayaraq, Qarabağdakı qanunsuz erməni silahlı birləşmələrinin törətdikləri cinayətə haqq qazandırıblar. Belə ki, onlar bundan sonra Azərbaycan Ordusunun hərəkət edən bütün hərbi maşın karvanlarına hücum təşkil etməyin vacib olduğunu yazıblar. “Azərbaycan Ordusu Ağdərədə mülki şəsxi öldürəndə fikirləşməliydi ki, bunun qarşılığı olacaq. Suqovuşandan Kəlbəcərə gedən hərbi maşın karvanının atəşə tutulması buna cavabdır. Və bu cavab bütün istiqamətlərdə verilməlidir. Bundan sonra Azərbaycan tərəfi rahatlıq tapmamalıdır və onun hər təxribat hərəkətinə misli ilə cavab verilməlidir”.

Qeyd edək ki, “Armenian Report” xəbər agentliyi bu istiqamətdə ən çox təbliğat aparan media qurumlarından hesab olunur. Razmik Akopcanyan adlı müxbir özünün “Onlar başqa dildə başa düşmürlər” başlıqlı yazısında isə bir qədər də əndazələri aşaraq, bundan sonrakı mərhələdə nəinki Qarabağda, hətta Ermənistanın Azərbaycanla sərhəddində də hərbçilərimizə silah çəkməyi, onları “yerində oturtmağı” təbliğ edib. O yazısında qeyd edib ki, guya, müharibədən sonra vəziyyət Ermənistanın xeyrinədir. Və bunu belə əsaslandırıb ki, Azərbaycanın əsas müttəfiqləri olan Türkiyə, Pakistan və İsrailin başı öz problemlərinə qarışıb. “Türkiyə Rusiya ilə münaqişəli vəziyyətdədir. Çavuşoğlunun son bəyanatı da təsdiq edir ki, Ankara Kremllə anlaşa bilməyib. Pakistanın Hindistanla problemi çoxdan var, onun indi Azərbaycana yardım etmək imkanı belə yoxdur. İsrail isə müharibə yenidən başlayarsa, Bakıya yardım etməyəcək. O, bölgədə Azərbaycanı İranla üz-üzə qoymaq fikrindədir. Ona görə də, gəlinən ilkin nəticə budur ki, hər şey Ermənistanın xeyrinədir. Və Azərbaycana sərt cavab verilməlidir”.

P.S. Ermənilərin dacavmlı olaraq başıqapazlı olmaları xroniki xəstəlikdir. Hər 30-40 ildən bir qızışıb ortaya düşürlər, sonra da babat bir zərbə alıb, vaysınmağa başlayırlar. Görünür, bu dəfə 30-40 ilə ehtiyac qalmayıb. Bir ilin sonunda ermənilərə daha bir zərbə dəyəcək. Bu dəfə həmin zərbədən ayılıb, ayılmayacaqları isə sual altındadır.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button