DünyaManşet

Koronavirusun “Lambada” ştammı da peyda oldu: Hər 10 nəfərdən 1-ni öldürür

2019-cu ilin sonlarından etibarən bütün dünyaya yayılan koronavirus indiyə qədər 4 milyon insanın ölümünə səbəb olub. JAMAZ.İNFO xəbər verir ki, iki ildir bütün dünyanın axtardığı çarələrin heç biri işə yaramır.

Vaksinasiya da bir yerə qədər insanları qoruyur. Lakin virus mütəmadi olaraq mutasiya edərək, daha ölümcül hala gəlir. Belə ki, Covid-19 adını almış virus qısa müddətdən sonra mutasiyaya uğrayaraq, “Britaniya ştammı” şəklində peyda olmuşdu. Bundan sonra Hindistanda sürətlə yayılan və 500 minə yaxın insanın ölümünə səbəb olan “Hindistan ştammı” üzə çıxdı. Hazırda həmin ştammın özü də dəyişərək, “Delta” və “Delta plus” formalarında insanların canını almağa başlayıb.

Lakin görünən odur ki, bu bəla ştammlarla yekunlaşmayacaq, daha da ölümcül hala gələcək. JAMAZ.İNFO xəbər verir ki, ötən günlərdə Peruda aşkarlanan yeni ştamm bunu deməyə əsas verir.

Belə ki, hər 10 nəfərdən 1-ni öldürən yeni ştammın adı isə “Lambada”dır. Latın Amerikası ölkələrində geniş yayılmış rəqsin adından götürülmüş yeni ştammın yayılma sürəti də, digərlərindən daha yüksəkdir. Qısa müddətdə 30 ölkəyə yayılan ştammın xüsusiyyətlərini öyrənmək üçün labaratoriyalarda araşdırmalar aparılır.

Bu ştammın ən təhlükəli tərəfi odur ki, sürətli yayıldığı kimi, öldürücülük qabiliyyəti də yüksəkdir.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button