GündəmManşet

Laçın Dəhlizinə alternativ yolun çəkilişinə start verildi – FOTO

Laçın Dəhlizinə alternativ dəhlizin tikintisinə başlanıb. JAMAZ.İNFO xəbər verir ki, yeni dəhliz Laçın dəhlizinə şimaldan paralel olacaq.

Məlumata görə, yol Həkəri çayının üzərindən, Şuşa rayonunun Salatınkənd kəndindən və Qayğı qəsəbəsindən keçməklə sülhməramlıların müvəqqəti yerləşdiyi əraziyə birləşəcək.

Qeyd edək ki, yeni yolun çəkilməsinin nə qədər müddətə başa çatacağı barədə məlumat yoxdur. Güman edilir ki, yol çəkilişi 1 il ərzində yekunlaşacaq.

Xatırladaq ki, 44 günlük müharibədən sonra  Azərbaycan, Ermənistan və Rusiya arasında 140 noyabrda imzalanmış razılaşmaya əsasən Laçın Dəhlizinə alternative olaraq 3 il müddətində Azərbaycan Ermənistanla Qarabağı birləşdirəcək alternative yol çəkməlidir. Rəsmi Bakı bəyan etmişdi ki, prosesi 3 ildən tez həyata keçirəcəklər. Görünür, bu prosesə start verilib.

Onu da bildirək ki, yeni yol çəkildikdən sonra Laçın şəhəri və ətraf kəndlər Azərbaycana təhvil veriləcək.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button