GündəmManşet

Laçında keçirilən hərbi təlimlər erməniləri qorxuya salıb

Xəbər verildiyi kimi, Azərbaycan və Türkiyə Ordularının iştirakı ilə Laçın rayonu ərazisində birgə hərbi təlimlərə start verilib. JAMAZ.İNFO xəbər verir ki, həmin təlimlərdə əsas məqsəd döyüş əməliyyatlarının aparılması zamanı qarşılıqlı fəaliyyətin və döyüş uzlaşmasının təkmilləşdirilməsi, o cümlədən komandirlərin hərbi qərar qəbuletmə və bölmələri idarəetmə bacarıqlarının inkişaf etdirilməsidir.    

Qeyd edək ki, Ermənistan siyasi dairləri Azərbaycan və Türkiyə hərbçilərinin Laçında hərbi təlimlər keçirməsindən ciddi narahat olublar. Belə ki, onlar bu prosesin məqsədli olduğunu, Ermənistan və Qarabağda yaşayan ermənilərə qarşı nəzərdə tutulduğunu bəyan edilər. Xankəndidə məskunlaşmış erməni terrorçuları hərbi təlimləri diqqətlə izlədiklərini bildirməklə yanaşı, qeyd edirlər ki, onlar Azərbaycan və Türkiyə birgə təlimlərindən əndişəlidirlər.

Belə ki, Qarabağdakı erməni terrorçuları bildirirlər ki, sözügedən təlimlər yaxın perspektivdə Xankəndi istiqamətində hərbi əməliyyatların keçiriləcəyindən xəbər verir. Eyni zamanda, hazırkı təlimlərin yaxın perspektivdə Qarabağda “ermənilərin varlığına son qoymaq” məqsədi daşıdığını iddia edirlər.

Ermənistan parlamentində təmsil olunan “Şərəf Duyuram” Partiyasının üzvü, deputat Tiqran Abramyan isə deyir ki, Laçında keçirilən hərbi təlimlər “təxribatdır” və rəsmi İrəvan məsələyə adekvat reaksiya verməlidir. “Qarabağ ərazisində istənilən hərbi təlimlərin keçirilməsi təhlükəli xarakter daşıyır. Nəzərə alaq ki, bu təlimlər təkcə, Laçın dəhlizinə yaxın bir yerdə deyil, həm də Gorus-Qafan və Qara Göl yaxınlığındakı ərazilərdə keçirilir. Halbuki həmin bölgədə vəziyyət daha kəskindir. Bölgədə türk ordusunun varlığı və sərhəddə baş verən son toqquşmalar isə hər şey göstərir”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button