CəmiyyətManşet

Lavrovdan ermənilərə: “Əgər siz öz torpaqlarınızı verirsinizsə, biz niyə etiraz edək?”

Qarabağ savaşı bitdikdən sonra Azərbaycan və Ermənistan arasındakı sərhəddin müəyyən edilməsinə başlanılıb. JAMAZ.İNFO xəbər verir ki, hazırda əsas narazılıq Ermənistanın Sünik vilayətində yaşanır.
Belə ki, ermənilər onlara aid torpaqların Azərbaycana verildiyini iddia edirlər. Əslində isə Ermənistan işğal etdiyi torpaqlarımızdan çıxarılır.
JAMAZ.İNFO bildirir ki, sözügedən məsələ ilə bağlı ermənilər ənənəvi olaraq Rusiyaya müraciət ediblər. Hətta bir qrup erməni nümayəndəsi Rusiyanın XİN başçısı Sergey Lavrovla da görüşüb. Torpaq məsələsinə isə Lavrov maraqlı cavab verib. Daha doğrusu, erməniləri ələ salan fikirlər səsləndirib. O deyib: “Əgər ermənilər hesab edirlərsə, həmin torpaqlar onlara məxsusdur və öz torpaqlarını özləri başqa bir ölkəyə verirlərsə, biz buna niyə etiraz etməliyik? Getsinlər problemlərini özləri həll etsinlər. Rusiya bu işə qarışmır”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button